Tacikistan Prezidenti Emoməli
Rəhmonun Azərbaycana
səfəri başa
çatmışdır
İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin
dövlət və hökumət
başçılarının Bakıda keçirilən XII
zirvə toplantısında iştirak edən
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycan
Respublikasına səfəri oktyabrın 16-da başa
çatmışdır.
İqtisadi Əməkdaşlıq Təşkilatının
üzvü olan
ölkələrin dövlət bayraqlarının
dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali
qonağın şərəfinə fəxri qarovul
dəstəsi düzülmüşdü.
Tacikistan Prezidentini hava limanında Azərbaycan
Respublikasının ekologiya və təbii sərvətlər
naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər
yola saldılar.
AzərTAc
Azərbaycan.-2012.-
17 oktyabr.- S.5.