Pakistan Prezidenti Asif Əli Zərdarinin Azərbaycana səfəri başa çatmışdır

 

 İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XII zirvə toplantısında iştirak edən Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdarinin Azərbaycan Respublikasına səfəri oktyabrın 16-da başa çatmışdır.

İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Pakistan Prezidentini hava limanında Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər yola saldılar.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 17 oktyabr.- S.5.