İran Prezidenti Mahmud Əhmədinejadın Azərbaycana səfəri başa çatmışdır

 

  İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XII zirvə toplantısında iştirak edən İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın Azərbaycan Respublikasına səfəri oktyabrın 16-da başa çatmışdır.

İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İran Prezidentini hava limanında Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər yola saldılar.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 17 oktyabr.- S.5.