Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatmışdır

 

 İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XII zirvə toplantısında iştirak edən Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına səfəri oktyabrın 16-da başa çatmışdır.

İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyənin Baş nazirini hava limanında Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər yola saldılar.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 17 oktyabr.- S.5.