Özbəkistan parlamentinin yuxarı palatası - Senatın sədri İlqizar Sabirovun Azərbaycana səfəri başa çatmışdır

 

  İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XII zirvə toplantısında iştirak edən Özbəkistan parlamentinin yuxarı palatası - Senatın sədri İlqizar Sabirovun Azərbaycan Respublikasına səfəri oktyabrın 16-da başa çatmışdır.

Özbəkistan parlamentinin yuxarı palatası - Senatın sədrini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və digər rəsmi şəxslər yola saldılar.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 17 oktyabr.- S.5.