Bakıda VI Beynəlxalq
Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı işini
başa çatdırmışdır
Oktyabrın 16-da Bakıda
keçirilən VI Beynəlxalq Xəzər neft-qaz,
ticarət-nəqliyyat konfransı işini
başa çatdırmışdır. Konfransın məqsədi iştirakçılara Xəzər
regionun neft-qaz sənayesi
barədə ən son məlumatları
vermək, enerji layihələrinin inkişaf meyilləri və ssenarilərini, Xəzərdə
neft emalı və neft-kimya
sənayesinin inkişaf perspektivlərini təhlil
etməkdən ibarət idi.
Beynəlxalq konfransda Xəzər dənizi
regionu ölkələrinin neft-qaz ehtiyatları barədə məlumat
verilmiş, Avropanın qaz təchizatında
reallaşdırılan perspektiv layihələrdən, o
cümlədən ölkəmizin tranzit potensialından bəhs
olunmuşdur. Bundan başqa, tədbirdə Şərq-Qərb
enerji layihələrinin inkişafında Azərbaycanın
neft-qaz layihələrinin rolu, neft emalında yeni
texnologiyaların tətbiqi, Xəzərdə və Orta Asiyada
neft emalı zavodlarının modernləşdirilməsi və
tikintisi üzrə layihələrin reallaşması, Xəzər
regionunda neft tədarüklərinə qiymət qoyulması,
tarifləri və hüquqi aspektləri və digər
mövzulara toxunulmuş, iştirakçıları
maraqlandıran suallar cavablandırılmışdır.
AzərTAc
Azərbaycan.-2012.-
17 oktyabr.- S.9.