Azərbaycan Diplomatik Akademiyası Türkiyədə
keçirilən beynəlxalq təhsil sərgisində uğurla
iştirak etmişdir
Azərbaycan
Diplomatik Akademiyası (ADA) İstanbuldakı "Hilton"
otelində keçirilən beynəlxalq təhsil sərgisində
uğurla iştirak etmişdir.
ADA-nın tələbə qəbulu
şöbəsinin əməkdaşı Samirə Ağayeva
sərgidə iştirak edən Türkiyə və digər
ölkələrin nümayəndələrinə bu ali təhsil
ocağında olan magistr və bakalavr proqramları haqqında
ətraflı məlumat vermişdir.
Azərbaycan Diplomatik Akademiyasının
nümayəndəsi ölkəmizin İstanbuldakı baş
konsulluğunun əməkdaşlarının da
iştirakı ilə Beykent Universitetində təhsil alan azərbaycanlı
tələbələr və bu universitetin rəhbərliyi ilə
görüşlərində də magistr və bakalavr
proqramlarının geniş təqdimatını etmişdir.
Beykent Universitetinin rektoru, professor Emin Karahan və xarici əlaqələr
şöbəsinin müdiri Altuğ Ocak ADA-nın regionun ən
nüfuzlu universitetlərindən birinə çevrildiyini
vurğulamış, bu ali təhsil müəssisəsi ilə
daha sıx əməkdaşlığa hazır
olduqlarını bildirmişlər.
Ankaradakı Bilkend Universitetində və
İzmirdə də ADA-nın magistr və bakalavr
proqramlarının təqdimatı keçirilmişdir.
Oqtay BAYRAMOV
Azərbaycan.-2012.- 17 oktyabr.- S.11.