«Ölkədaxili turizm»in
inkişafı layihəsinin növbəti turları həyata keçdi
Dünya Azərbaycanlı Gənclər Birliyi,
Azərbaycan Respublikası Təhsil Nazirliyi,
Respublika Gənc Turistlər və
Diyarşünaslıq Mərkəzi və Gənclərin Həmrəyliyinə
Dəstək İctimai Birliyinin
"Ölkədaxili turizm"in inkişafı layihəsinin növbəti
turları həyata keçdi.
Məqsəd
gənc və yeniyetmələrdə Vətənə, xalqa, milli-mənəvi dəyərlərimizə
hörmət və məhəbbət hisslərini daha da gücləndirmək,
ekoloji tərbiyəni genişləndirmək,
diyarşünaslığı, turizmi inkişaf etdirmək, gənc və yeniyetmələri
azərbaycançılıq ruhunda tərbiyə etmək,
onların bilik, bacarıq, ağıl və
düşünmə qabiliyyətlərini üzə
çıxarmaq, turizm
ustalıqlarını artırmaq, asudə vaxtlarını səmərəli
keçirmək və dövlətimizə layiqli
vətəndaş yetişdirməkdir.
Azərbaycan
Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin Turizm
şöbəsinin və "İçərişəhər"
DTMQ idarəsi, Elmi-Mədəni Mərkəzin Kütləvi tədbirlər
şöbəsi tərəfindən ekskursiyaların təşkilinə
dəstək oldu.
Turda iki qrup iştirak etdi. Birinci qrupun turu 27 nəfərlik heyətlə
İçərişəhərin tarixi abidələrindən
başlanıb Qala qoruğunda yekunlaşdı.
İkinci qrupun turu 35
nəfərlik heyətlə
Qobustan qoruğunda oldular. İçərişəhər
turu iki istiqamətdə aparıldı:
Qız qalası və Şirvanşahlar sarayı. Layihə iştirakçıları Qız
qalası və Şirvanşahlar sarayı
ilə yaxından tanış olub tarixi abidələr
haqqında məlumat əldə etdilər. Daha sonra isə tur Qala qoruğunda
davam etdi. Burada layihə iştirakçıları Qala
kəndinin mədəniyyəti,
tarixi, adət-ənənələri,
eləcə də qoruqda olan məzarla,
muzeylə daha yaxından tanış
oldular. İkinci qrupun turu Qobustan qoruğunda həyata keçdi. Layihə iştirakçıları
Qobustan muzeyi ilə tanış
olub Qobustanın tarixi, yaranması və qədim əcdadlarımız haqqında
geniş məlumatlar əldə etdilər.
Layihə 2013-cü il sentyabr
ayınadək davam edəcəkdir.
Azərbaycan.-2012.- 17 oktyabr.- S.11.