Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

 Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin ölkənizin iqtisadi, elmi-texniki, sosial-mədəni sahələrdə uğurları hamıya məlumdur. Azərbaycan dünya arenasında haqlı olaraq nüfuz qazanmışdır, beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində fəal rol oynayır.

Məmnunluqla qeyd edirəm ki, möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətləri müsbət məcrada inkişaf edir. Siyasi dialoq, çoxplanlı praktiki əməkdaşlıq, regional məsələlərdə qarşılıqlı tərəfdaşlıq əlaqələri genişlənir. Əminəm ki, bütün bunlar Rusiya və Azərbaycan xalqlarının mənafelərinə tam cavab verir, Müstəqil Dövlətlər Birliyi çərçivəsində inteqrasiya proseslərinin fəallaşmasına kömək edir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar, respublikanızın vətəndaşlarına isə əmin-amanlıq və firavanlıq arzulayıram.

 

Hörmətlə,

 

 

Vladimir PUTİN,

Rusiya Federasiyasının Prezidenti

Moskva şəhəri, Kreml

 

Azərbaycan.-2012.- 18 oktyabr.- S. 1.