«Notariat haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

 Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

"Notariat haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 10, ¹ 6, maddə 414; 2001, ¹ 5, maddə 293, ¹ 11, maddə 687, ¹ 12, maddə 740; 2002, ¹ 5, maddə 241, ¹ 6, maddə 328, ¹ 12, maddə 706; 2004, ¹ 5, maddə 318; 2005, ¹ 4, maddə 281, ¹ 8, maddə 699, ¹ 10, maddə 903, ¹ 11, maddə 993; 2007, ¹ 1, maddə 4, ¹ 2, maddə 69, ¹ 8, maddə 745, ¹ 11, maddələr 1053, 1075; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddə 602; 2009, ¹ 1, maddə 5, ¹ 7, maddə 517, ¹ 11, maddə 878; 2010, ¹ 7, maddə 597, ¹ 11, maddə 938; 2011, ¹ 4, maddə 258, ¹ 12, maddə 1098) 49-cu maddəsində  aşağıdakı dəyişikliklər edilsin:

1. İkinci hissədə "istənilən" sözündən sonra "(nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla)" sözləri əlavə edilsin;

2. Üçüncü-beşinci hissələr müvafiq olaraq dördüncü-altıncı hissələr hesab edilsin, aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

"Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2012-ci il

 

Azərbaycan.-2012.- 18 oktyabr.- S. 1.