Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr
tarixli 570-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş
«Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti
haqqında» Konvensiyanın 5-ci, 6-cı, 10-cu və 12-ci maddələrinə
Azərbaycan Respublikası tərəfindən edilmiş
qeyd-şərtlərin geri götürülməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 4-cü bəndini rəhbər tutaraq
qərara alır:
Azərbaycan Respublikasının
2003-cü il 30 dekabr tarixli 570-IIQ nömrəli Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹1, maddə 11)
ilə təsdiq edilmiş "Korrupsiya ilə əlaqədar
cinayət məsuliyyəti haqqında" Konvensiyanın 5-ci,
6-cı, 10-cu və 12-ci maddələrinə Azərbaycan
Respublikası tərəfindən edilmiş qeyd-şərtlər
geri götürülsün.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
1 oktyabr 2012-ci il
Azərbaycan.-2012.-
18 oktyabr.- S. 1.