Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli
Fərmanı ilə təsdiq edilmiş «İnzibati xətalar haqqında işlərə
baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı»nda dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq
edilmiş "İnzibati
xətalar haqqında işlərə baxmağa
səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı"nı "Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2012-ci il 6 aprel tarixli 322-IVQD nömrəli
Qanununa uyğunlaşdırmaq məqsədi
ilə qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 9, maddə 872; 2008, ¹ 3, maddələr
169, 186, ¹ 5, maddə 364, ¹ 6, maddələr 483, 504, ¹ 12, maddə
1057; 2009, ¹ 2, maddələr 59, 69, 73, ¹ 5, maddə 321, ¹ 6, maddə
421; 2010, ¹ 2, maddə
80, ¹ 3, maddələr 180, 184, 193, ¹ 6, maddə 494, ¹ 7, maddə
606, ¹ 8, maddələr 716, 725, ¹ 10, maddə 849; 2011, ¹ 6, maddə
512, ¹ 9, maddə 792; 2012, ¹ 3, maddə 200, ¹ 5,
maddə 421) ilə təsdiq edilmiş
"İnzibati xətalar haqqında
işlərə baxmağa səlahiyyəti
olan vəzifəli şəxslərin
Siyahısı"nda aşağıdakı dəyişikliklər
edilsin:
1. 2.1-ci bənddə
"151.1-151.4-cü," sözlərindən sonra
"151-1-ci, 151-2-ci," sözləri əlavə edilsin.
2. 2.2-ci bənddə
"151.1-151.4-cü," sözlərindən sonra
"151-1-ci, 151-2-ci," sözləri əlavə edilsin.
3. 2.3-cü bənddə
"151.1-151.3-cü," sözlərindən sonra
"151.3-1-ci, 151-2-ci," sözləri, "158.1-ci,"
sözlərindən sonra
"158-1-ci," sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 oktyabr 2012-ci il
Azərbaycan.-2012.-
9 oktyabr.- S. 1.