Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

 ¹ 232  Bakı şəhəri, 16 oktyabr 2012-ci il

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə"də dəyişikliklər edilməsi haqqında

 

 "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 600 nömrəli fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 2, maddə 160; 2001, ¹ 11, maddə 725, ¹ 12, maddə 803; 2003, ¹ 4, maddə 219, ¹ 6, maddə 342; 2006, ¹ 9, maddə 819, ¹ 10, maddə 903; 2008, ¹ 2, maddə 130, ¹ 8, maddə 787; 2010, ¹ 12, maddə 1123; 2011, ¹ 1, maddə 54, ¹ 5, maddə 449) ilə təsdiq edilmiş "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə"nin 3.2-ci bəndinin altıncı və yeddinci abzasları ləğv edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2012.- 18 oktyabr.- S.2.