Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbekoviç Azərbaycana rəsmi səfərə gəlmişdir

 

 Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbekoviç oktyabrın 18-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrinə və xanımı Sebiya İzetbekoviçə gül dəstəsi təqdim edildi.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 18 oktyabr.- S.2.