Lənkəranda
«Yaşıl Azərbaycan Naminə» layihəsi çərçivəsində ekoloji təlimlər keçirilmişdir
Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva
tərəfindən 2011-ci il iyulun 11-də başladılmış Ətraf
Mühitin Mühafizəsi üzrə Beynəlxalq
Dialoq Təşəbbüsü - İDEA
Kampaniyası tərəfindən ölkə miqyaslı ekoloji maarifləndirmə tədbirləri uğurla davam etdirilir.
AzərTAc xəbər
verir ki, Biləsuvar və
Masallı rayonlarının təhsil ocaqlarında şagirdlərlə
görüşən layihənin təlimçiləri
növbəti tədbiri Lənkəranda keçirmişlər.
Şagirdlərdə
ekoloji yaşıl düşüncənin
formalaşdırılması istiqamətində aparılan təlim
çərçivəsində
ətraf mühitin mühafizəsi
ilə bağlı hər bir fərdin bilməli və əməl etməli
olduğu vacib öhdəliklər
barədə məlumat verilmişdir.
Ətraf mühit problemləri və onların həllində
gənclərin rolu, dayanıqlı inkişaf, yaşıl iqtisadiyyat
və digər məsələləri
əhatə edən təlim müddətində şagirdlərlə
birlikdə müxtəlif ekoloji oyunlar keçirilmişdir
Ümumilikdə
20 rayon və şəhəri əhatə
edən Ətraf Mühitin Mühafizəsi
üzrə Beynəlxalq Dialoq Təşəbbüsü
- İDEA Kampaniyası layihəsi çərçivəsində
artıq 17 rayonun 34 məktəbində seminarlar təşkil olunmuşdur.
Təlimçilər layihə müddətində
6 mindən artıq şagirdlə təmasda olmuşlar.
Azərbaycan.-2012.-
18 oktyabr.- S.2.