Bosniya və
Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir
İzetbeqoviçin Azərbaycana rəsmi səfəri
Rəsmi
qarşılanma mərasimi
Oktyabrın
18-də Azərbaycan Respublikasına rəsmi səfərə
gələn Bosniya və Herseqovinanın Rəyasət Heyətinin
Sədri Bakir İzetbeqoviçin rəsmi qarşılanma mərasimi
olmuşdur.
Hər
iki ölkənin dövlət bayraqlarının
dalğalandığı meydanda ali qonağın şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri
qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə
raport verdi.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Bosniya və
Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir
İzetbeqoviçi qarşıladı.
Fəxri
qarovul dəstəsinin rəisi Bosniya və Herseqovinanın Rəyasət
Heyətinin Sədrinə raport verdi.
Bosniya
və Herseqovinanın və Azərbaycanın dövlət
himnləri səsləndi.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Bosniya və
Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir
İzetbeqoviç fəxri qarovul dəstəsinin
qarşısından keçdilər.
Bosniya
və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycan
əsgərlərini salamladı.
Azərbaycanın
dövlət və hökumət nümayəndələri Rəyasət
Heyətinin Sədri Bakir İzetbeqoviçə, Bosniya və
Herseqovinanın nümayəndə heyətinin üzvləri
Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri
qarovul dəstəsi hərbi marşın sədaları
altında Azərbaycan Respublikasının Prezidentinin və
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinin
qarşısından keçdi.
Azərbaycan
Prezidenti və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin
Sədri rəsmi foto çəkdirdilər.
AzərTAc
Azərbaycan.-2012.- 19 oktyabr.- S.1.