Azərbaycan Prezidenti
İlham Əliyevin və Bosniya
və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir
İzetbeqoviçin təkbətək görüşü
Oktyabrın
18-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və Bosniya və
Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir
İzetbeqoviçin təkbətək görüşü
olmuşdur.
Görüşdə Azərbaycan ilə
Bosniya və Herseqovina arasında siyasi əlaqələrin
inkişafından məmnunluq ifadə edildi. İqtisadi,
humanitar və digər sahələrdə əməkdaşlıq
imkanlarının nəzərdən keçirilməsinin
vacibliyi vurğulandı. Ölkələrimiz arasında
münasibətlərin bundan sonra inkişaf edəcəyinə
əminlik bildirildi.
Görüşdə
qarşılıqlı maraq doğuran ikitərəfli, beynəlxalq
və digər məsələlərlə bağlı fikir
mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2012.-
19 oktyabr.- S.1.