Azərbaycan-Bosniya və
Herseqovina sənədlərinin imzalanması mərasimi olmuşdur
Oktyabrın 18-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və Bosniya
və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin
nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü
başa çatdıqdan sonra
Azərbaycan-Bosniya və Herseqovina sənədlərinin
imzalanması mərasimi olmuşdur.
"Azərbaycan
Respublikasının Təhsil Nazirliyi və
Bosniya və Herseqovinanın Mülki İşlər Nazirliyi
arasında təhsil sahəsində əməkdaşlıq
haqqında Saziş"i
Azərbaycan Respublikasının təhsil naziri
Misir Mərdanov və Bosniya
və Herseqovinanın təhlükəsizlik naziri
Sadik Axmetoviç
imzaladılar.
"Azərbaycan
Respublikası hökuməti və Bosniya
və Herseqovina Nazirlər Şurası
arasında gəlirlərə və əmlaka görə
vergilərə münasibətdə ikiqat
vergitutmanın aradan qaldırılması
və vergidən yayınmanın qarşısının
alınması haqqında Konvensiya"nı Azərbaycan
Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov
və Bosniya və Herseqovinanın təhlükəsizlik
naziri Sadik Axmetoviç imzaladılar.
"Azərbaycan Respublikası hökuməti
və Bosniya və Herseqovina Nazirlər Şurası
arasında diplomatik və xidməti pasportlara malik şəxslərin
viza tələbindən azad edilməsi haqqında
Saziş"i Azərbaycan Respublikasının xarici işlər
nazirinin müavini Xələf Xələfov və Bosniya və
Herseqovinanın təhlükəsizlik naziri Sadik Axmetoviç
imzaladılar.
AzərTAc
Azərbaycan.-2012.-
19 oktyabr.- S.2.