Ali qonağın şərəfinə

 

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin Azərbaycana rəsmi səfəri

 

 Oktyabrın 18-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin şərəfinə rəsmi ziyafət verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç ziyafətdə çıxış etmişlər.

 

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

 

- Cənab Sədr!

Birinci xanım!

Hörmətli qonaqlar!

Sizi ölkəmizdə bir daha salamlamaq istərdim. Çox şadam ki, Siz ölkəmizdə səfərdəsiniz. Sizin bu gün sabah çox gərgin səfər proqramınız vardır. Əminəm ki, ölkəmizlə daha da yaxından tanışlıq, insanlarla ünsiyyət Azərbaycan haqqında Sizdə maraqlı təəssürat yaradacaqdır.

Bu gün görüşümüz zamanı da qeyd etdiyim kimi, biz ölkələrimiz arasında daha sıx səmimi əlaqələri yenidən qurmalıyıq. Sarayevo Bakı arasında qardaşlaşmış şəhərlər razılaşmasından 40 il sonra Bosniya Herseqovinanın Sədri münasibətlərimizin tarixində ölkəmizə ilk dəfə rəsmi səfər edib. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələrin inkişafı uğurla davam etdiriləcəkdir. Amma bu səfər hər zaman tarixdə yüksək səviyyəli nümayəndə heyətinin ilk rəsmi səfəri kimi qalacaqdır.

Bu gün apardığımız müzakirələr imzaladığımız sənədlər ikitərəfli münasibətlərin inkişafına çox yaxşı zəmin yaradır. Əminəm ki, hökumətlərimiz arasında daha çox razılaşmalara nail olmaq üçün bundan sonra da qanunvericilik formatı ilə bağlı fəal aparmalıyıq. Bu, bizim əməkdaşlığımız üçün vacibdir. Lakin eyni zamanda, bizim bütün səviyyələrdə daha çox təmaslara ehtiyacımız vardır: siyasi, işgüzar, ictimai mədəniyyət xadimləri səviyyəsində. Biz tammiqyaslı əməkdaşlığa nail ola bilərik. Biz indiyə qədər siyasi əlaqələr, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək eləcə iqtisadi əməkdaşlığın yaxşı perspektivləri üçün çox möhkəm zəmin yaratmışıq. Lakin əminəm ki, qarşıdakı illərdə əlaqələrimiz daha da genişlənəcək möhkəmlənəcəkdir.

Bir daha qeyd edirəm ki, bu gün tarixi bir gündür. Mən Sizinlə görüşməyimə çox şadam. Əminəm ki, ölkəmizə səfərinizi unutmayacaqsınız. Bir daha Azərbaycana "Xoş gəlmisiniz!" deyirəm.

Sonra Bosniya Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İZETBEQOVİÇ çıxış edərək dedi:

-Təşəkkür edirəm, cənab Prezident! Olduqca səmimi qəbula görə minnətdaram. Mən deməliyəm ki, şəhərinizin gözəlliyi bizi heyran edib. Şəhərinizin təmizliyi gözəlliyi bizə son dərəcə xoş təəssürat bağışlayır. Sözün əsl mənasında, çox abad gözəl şəhərdir. Bu, sizin necə xalq olduğunuz haqqında çox şey deyir. Sizin qeyd etdiyiniz kimi, bizim oxşar cəhətlərimiz, bənzər tariximiz vardır. Ölkələrimiz xalqlarımızın üzləşdikləri reallıqlar, 1990-cı, 1992-ci, 2003-cü illərdə baş verənlər bir sıra ağrılı hadisələr bizi birləşdirir. Bu gün qeyd etdiyim kimi, biz həmişə Sizin yanınızda olacağıq.

İyirmi il əvvəl burada baş verdiyi kimi, sərhədlərin zorakılıqla dəyişdirilməsi qeyri-mümkün qəbuledilməzdir. Beləliklə, biz ölkəmizin ərazi bütövlüyü naminə mübarizəmizi sülh yolu ilə davam etdirəcəyik. Düşünürəm ki, gələcəyimiz daha parlaq daha yaxşı olacaqdır. Atalarımız həmin ağrılı-acılı, eyni zamanda, şərəfli dövrdə ölkələrimizi idarə ediblər, ölkələrimizin suverenliyinin bünövrəsini qoyublar. Deyə bilərəm ki, artıq biz tariximizin kəşməkəşli dövrünü yaşayıb, hazırda davamlı inkişaf yolundayıq. Biz daha parlaq gələcək qurmaq əzmindəyik.

Mən Sizə ən xoş arzularımı çatdırıram. Siz bizim dəstəyimizə etibar edə bilərsiniz. Mən Sizin Bosniya Herseqovinaya səfər etməyinizi ölkələrimizin birlikdə sərmayələr qoymasını gözləyirəm. Təşəkkür edirəm.       

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 19 oktyabr.- S.3.