Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Nəqliyyat Komandanlığının komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də ABŞ-ın Nəqliyyat Komandanlığının komandanı Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu vurğulandı, bu münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi.

Görüşdə, həmçinin beynəlxalq terrorizmə qarşı birgə mübarizə, regional sülhün və sabitliyin təmin olunması məsələlərindən danışıldı, Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada birbaşa və daşımalar yolu ilə iştirakının əhəmiyyəti yüksək qiymətləndirildi, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik vurğulandı.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 19 oktyabr.- S.3.