«Dövlət qulluğu
haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu
bəndini rəhbər tutaraq qərara alır:
"Dövlət
qulluğu haqqında" Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1, № 3, maddə 131;
2002, № 12, maddə 693; 2003, № 1, maddə 16; 2004, № 1, maddə
10, № 4, maddə 199, № 5, maddə
321, № 8, maddə 597, №11, maddə 884; 2005, № 6, maddələr
463, 475, № 10, maddə 874; 2006, № 5, maddə 386, № 6, maddə 479,
№ 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014;
2007, № 2, maddə 83, № 5, maddələr
434, 436, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr
1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008, № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6,
maddələr 471, 481, № 7, maddə 602, № 8, maddə 699, № 10,
maddə 881; 2009, № 2, maddə 54, № 5, maddə 311, № 6, maddə
403, № 10, maddə 771, № 11, maddə 878, № 12, maddə 964; 2010, №
4, maddə 276; 2011, № 3, maddə 165, № 6, maddə 463; 2012, № 5, maddə 413) aşağıdakı dəyişikliklər
edilsin:
1. 8-ci maddə
üzrə:
1.1. 8.1.2-ci maddəyə
"Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi,"
sözlərindən sonra "Azərbaycan
Respublikasının Baş Prokurorluğu," sözləri əlavə edilsin;
1.2. 8.1.3-cü
maddəyə "Naxçıvan Muxtar
Respublikasının müvafiq icra hakimiyyəti orqanı," sözlərindən
sonra "Azərbaycan Respublikasının
Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu,"
sözləri əlavə edilsin;
1.3. 8.1.4-cü
maddəyə "hərbi məhkəmələr"
sözlərindən sonra ",
Naxçıvan Muxtar Respublikasının
Hərbi Prokurorluğu, Bakı şəhər
prokurorluğu" sözləri əlavə
edilsin;
1.4. 8.1.5-ci maddəyə
"rayon (şəhər) məhkəmələri"
sözlərindən sonra ", rayon (şəhər) prokurorluqları və hərbi
prokurorluqları" sözləri əlavə edilsin.
2. 11.1.8.1-ci maddəyə "rayon
(şəhər) məhkəmələrinin," sözlərindən
sonra "rayon (şəhər) prokurorluqlarının və hərbi
prokurorluqlarının," sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
1 oktyabr 2012-ci il
Azərbaycan.-2012.-
19 oktyabr.- S. 3.