Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir

 

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin Azərbaycana rəsmi səfəri

 

 Azərbaycan Respublikasında rəsmi səfərdə olan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç oktyabrın 18-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşdur.

Ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad etmiş, məzarı üzərinə tər güllər düzmüşdür.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 19 oktyabr.- S.4.