Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə Bosniya və Herseqovinanın Xarici Ticarət
Palatası arasında əməkdaşlığa dair
Anlaşma Memorandumu imzalanmışdır
Bosniya və
Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir
İzetbeqoviçin Azərbaycana rəsmi səfəri
Oktyabrın
18-də Bakı Biznes Mərkəzində Azərbaycan-Bosniya və
Herseqovina biznes forumu çərçivəsində Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə
Bosniya və Herseqovinanın Xarici Ticarət Palatası
arasında əməkdaşlığa dair Anlaşma
Memorandumu imzalanmışdır.
Azərbaycanın
iqtisadi inkişaf naziri Şahin Mustafayev çıxış edərək, iş adamları arasında əlaqələrin
qurulması üçün əlverişli
şəraitin olduğunu, ölkəmizlə
Bosniya və Herseqovinanın siyasi əlaqələrinin inkişaf
etdiyini və bu məsələdə
yüksək səviyyəli dövlət rəsmilərinin
qarşılıqlı
səfərlərinin mühüm rol oynadığını
vurğulamışdır. Nazir Bosniya və Herseqovinanın Rəyasət Heyətinin
Sədri Bakir İzetbeqoviçin
Azərbaycana səfərinin də əməkdaşlığın
inkişafına töhfə verəcəyini qeyd
etmişdir.
Nazir Şahin Mustafayev bugünkü biznes forumun yeni əməkdaşlıq əlaqələrinin
yaranmasına müsbət təsir göstərəcəyini bildirmişdir.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri
Bakir İzetbeqoviç
Azərbaycana səfər çərçivəsində keçirdiyi görüşlərdən
danışmış, respublikamızın dinamik
iqtisadi inkişafından məmnunluğunu
ifadə etmiş, Bosniya
və Herseqovinanın Azərbaycan ilə əlaqələrin
genişləndirilməsinə böyük önəm verdiyini,
iki ölkə arasında əməkdaşlığın
inkişaf etdiyini
vurğulamış, biznes forumun
və işgüzar görüşlərin
iş adamları üçün
əhəmiyyətli rol
oynadığını demişdir.
Ölkəsinin böyük iqtisadi
potensiala, əlverişli biznes və investisiya mühitinə
malik olduğunu bildirən Bakir İzetbeqoviç azərbaycanlı
iş adamlarını fəal əməkdaşlığa dəvət
etmişdir. Bugünkü tədbirin ölkələrimiz
arasındakı böyük potensialdan səmərəli
istifadə olunması üçün mühüm rol
oynayacağını söyləyən Bosniya və
Herseqovinanın rəhbəri demişdir: "Əməkdaşlığımız
inkişaf etməkdədir və ümidvaram ki, digər
sektorlarla da əlaqələrimiz dərinləşəcəkdir.
AzərTAc
Azərbaycan.-2012.-
19 oktyabr.- S.4.