Pakistanın «Diplomatic
Insight» jurnalının ölkələrimiz arasında diplomatik münasibətlərin
20 illiyinə həsr olunmuş xüsusi buraxılışı
çapdan çıxmışdır
Pakistanın nüfuzlu
"Diplomatic Insight"
jurnalının Azərbaycan-Pakistan diplomatik
münasibətlərinin 20 illiyinə həsr olunmuş
xüsusi buraxılışı
işıq üzü görmüşdür.
Azərbaycanın Pakistandakı səfirliyindən
AzərTAc-a bildirmişlər ki,
jurnalın üz qabığında
ölkələrimiz arasındakı münasibətlərin əsaslarını
qoymuş ümummilli lider Heydər Əliyevin və Pakistanın
tanınmış siyasətçisi Benazir
Bhuttonun şəkilləri yer almışdır.
Nəşr Peşavar Universitetinin siyasi elmlər fakültəsinin professoru Zahid Ənvərin
"Azərbaycan sülh şəraitində
yaşamaq axtarışında" sərlövhəli
məqaləsi ilə başlayır. Yazıda Azərbaycanın
tarixinə nəzər yetirilmiş,
ölkəmizin vaxtilə Rusiya və İran arasında iki hissəyə
bölünməsi haqqında məlumat verilmişdir.
Azərbaycanın müasir tarixindən də
bəhs edən alim ölkəmizin
müstəqilliyinin ilk günlərindən
başlayaraq Ermənistanın hərbi təcavüzü
ilə üzləşdiyini vurğulamış,
işğalın acı nəticələrini
açıqlamışdır.
Məqalədə
rəsmi İslamabadın Dağlıq Qarabağ
münaqişəsinin həllində ölkəmizi tam dəstəklədiyi bildirilmiş,
Pakistan Senatı tərəfindən qəbul
edilmiş müvafiq qətnamənin
əsas müddəaları açıqlanmışdır. Münaqişənin həlli yolunda
Azərbaycan Prezidenti İlham
Əliyevin atdığı addımlardan, beynəlxalq təşkilatlar
tərəfindən qəbul olunmuş qətnamələrdən,
danışıqlar prosesindən ətraflı bəhs edən
müəllif həmçinin ölkəmizin artmaqda
olan hərbi potensialından da söz açmışdır.
Yazıda həmçinin
Azərbaycan ilə Pakistan arasında ikitərəfli
münasibətlərin əsas mərhələləri barədə
də məlumat verilmişdir.
Pakistan Strateji Araşdırmalar İnstitutunun əməkdaşı Sabah Aslamın jurnalda yer alan "Mehriban Əliyeva - təhsil, sülh
və inkişafın rəmzi" sərlövhəli məqaləsində
Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti,
UNESCO-nun və ISESCO-nun
xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda
və xarici ölkələrdə həyata
keçirilən layihələr haqqında geniş
söhbət açılmışdır.
Vurğulanmışdır ki, fond təhsil, səhiyyə, humanitar,
idman sahələrində, eləcə də
Azərbaycanın və dünya mədəni
irsinin qorunub
saxlanması istiqamətində böyük
işlər görür.
Yazının
müəllifi Mehriban xanım Əliyevanın
təşəbbüsü və dəstəyi ilə Pakistanda səhiyyə, təhsil, humanitar və digər sahələrdə həyata
keçirilən layihələr barədə də geniş məlumat vermişdir.
Azərbaycanın birinci
xanımının yüksək insanpərvərliyi
haqqında danışan S.Aslam məqaləsini
Böyük Britaniyanın sabiq
Baş naziri Uinston Çörçilldən gətirdiyi
"Həyat əldə edilənlə yaşanılır, lakin həyat bəxş olunanla
qurulur" sitatı ilə
yekunlaşdırmışdır.
Pakistan Televiziya Assosiasiyasının redaktoru İrtaza
Abbasın "Enerji ehtiyatları ilə zəngin
Xəzər dənizi hövzəsinin strateji
əhəmiyyəti" məqaləsində isə Xəzərin
zəngin karbohidrogen ehtiyatları, Azərbaycanın
neft strategiyası, bu
dənizin hüquqi statusu
ilə bağlı gedən danışıqlar prosesi, enerji
daşıyıcılarının
nəqli və hövzənin təhlükəsizlik
məsələlərinə dair geniş tədqiqat aparılmışdır.
Jurnalın xüsusi buraxılışı Azərbaycanın
Pakistandakı səfiri Daşqın Şikarovun
ölkələrimiz arasında diplomatik əlaqələrin
20 illiyinə həsr olunmuş müraciəti
ilə yekunlaşmışdır. Müraciətdə Azərbaycan-Pakistan
münasibətlərinin siyasi, diplomatik, iqtisadi, sosial, humanitar və hüquqi-normativ aspektlərindən söz açılmış,
xalqlarımız arasındakı oxşar
cəhətlərdən bəhs edilmişdir.
Səfir
rəsmi İslamabadın Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həlli məsələsində ölkəmizin mövqeyini tam dəstəklədiyini,
Pakistan Senatı tərəfindən
2012-ci il fevralın 1-də Xocalı
soyqırımını tanıyan qətnamənin qəbul edildiyini diqqətə
çatdıraraq bütün bunların Azərbaycan xalqı və
rəhbərliyi tərəfindən böyük
rəğbətlə qarşılandığını
vurğulamışdır.
Jurnalda Prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın və onun rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun
Pakistanda həyata keçirdiyi
layihələrin, həmçinin Bakının gözəlliyinin
çoxsaylı fotoşəkilləri yerləşdirilmişdir.
Jurnalla http://thediplomaticinsight.com elektron
ünvanı vasitəsilə tanış olmaq
mümkündür.
Azərbaycan.-2012.-
19 oktyabr.- S.5.