Azərbaycan-Bosniya Herseqovina biznes forumu keçirilmişdir

 

 Oktyabrın 18-də Bosniya Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Bakı Biznes Mərkəzində Azərbaycan-Bosniya Herseqovina biznes forumu keçirilmişdir.

AzərTAc xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Bosniya Herseqovinanın Xarici Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, inşaat, İKT, neft-qaz kimya məhsullarının istehsalı, ətraf mühitin mühafizəsi, su qurğularının tikintisi, metallurgiya, təhlükəsizlik yanğınsöndürmə xidmətləri digər sahələrdə fəaliyyət göstərən 70-ə yaxın adamı iştirak etmişdir.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda sahibkarlıq fəaliyyətinin genişləndiyini, ölkəmizdə əlverişli biznes investisiya mühitinin yaradıldığını, Azərbaycanın investisiya ixrac edən ölkəyə çevrildiyini qeyd etmişdir.

Bosniya Herseqovinanın Xarici Ticarət Palatasının vitse-prezidenti Veselin Poljaseviç iki ölkə arasında mövcud iqtisadi əlaqələr barədə məlumat vermiş, adamlarının əməkdaşlığının genişləndirilməsinin Bosniya Herseqovina Azərbaycanın iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını vurğulamışdır.

AZPROMO-nun nümayəndəsi Qədir Hüseynov Azərbaycanın investisiya mühiti biznes imkanlarına, Bosniya Herseqovinanın İxracın Təşviqi Agentliyinin direktoru Enes Aliskoviç isə ölkəsinin investisiya mühiti, ixrac idxal imkanları barədə təqdimatlarla çıxış etmişlər.

Tədbirdə hər iki ölkənin iqtisadi potensialına dair videoçarxlar nümayiş olunmuşdur.

Tədbir adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə davam etmişdir.

Səfər çərçivəsində Bosniya və Herseqovinadan olan iş adamları Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə tanış olacaqlar.

 

 

Azərbaycan.-2012.- 19 oktyabr.- S.5.