İngiltərənin nüfuzlu «Halı» jurnalında Azərbaycanın xalça sənətindən
bəhs edən geniş məqalə dərc olunmuşdur
İngiltərənin
nüfuzlu "Halı" jurnalının 173-cü nömrəsində
Azərbaycan haqqında geniş məqalə dərc
olunmuşdur. Yazıda Azərbaycanda xalça sənətinin
tarixinin çox-çox qədimlərə gedib
çıxdığı bildirilir.
Məqalədə ölkəmizdə fəaliyyət
göstərən "Azərilmə" Məhdud Məsuliyyətli
Cəmiyyətinin "Sehrli ilmələr" qalereyası barədə
ətraflı məlumat verilmiş, bu qalereyanın
dünyadakı bir çox xalça mərkəzlərindən
fərqləndiyi vurğulanmışdır. Bildirilmişdir
ki, Azərbaycanda fəaliyyət göstərən "Sehrli
ilmələr" qalereyasının fərqliliyi
xalçanın hazırlanma prosesinin bütövlükdə
bir mərkəzdə cəm olunmasıdır. Hazırda
"Azərilmə"də rəssamların, sənətşünasların,
xalçaçıların, boyaqçıların və digər
mütəxəssislərin də
çalışdığı vurğulanmışdır.
Məqalədə burada toxunan
xalçaların beynəlxalq aləmdə də layiqli qiymətini
aldığı bildirilmiş, Azərbaycanın xalça sənətinin
tarixindən bəhs edən kitablar haqqında geniş məlumat
verilmişdir.
Azərbaycan.-2012.-
19 oktyabr.- S.11.