«Ümid»
ümidləri doğruldur
Nazirlər
Kabinetinin son
iclasında dövlət başçısı bu perspektivli yataqdan bir daha söz açdı
Bu il
Azərbaycanın neft-qaz
tarixində daha bir önəmli hadisə baş verdi. "Ümid"
yatağından hasilata
başlandı. Azərbaycan dövlət
müstəqilliyini bərpa
etdikdən sonra
ARDNŞ-nin kənardan
heç bir köməyə ehtiyac duymadan, daxili imkanları hesabına kəşf etdiyi ilk yataq olaraq "Ümid" Xəzərin
ölkəmizə məxsus
sektorunda məhsuldarlıq
perspektivlərini yüksəldib,
yeni lay və yataqların açılması
ehtimalını artırıb.
Nazirlər Kabinetinin
2012-ci ilin 9 ayının
sosial-iqtisadi yekunlarına
həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyev bu barədə demişdir:
"Ümid" yatağının
Azərbaycan Dövlət
Neft Şirkəti tərəfindən kəşf
edilməsi tarixi hadisədir. Çünki son illər ərzində
ilk dəfədir ki, Azərbaycan Dövlət Neft Şirkəti təkbaşına böyük
qaz yatağının
işlənilməsinə nail olur".
Təcrübəsi əsrlərə bərabər
olan, vaxtilə "Neft Daşları"nı tapıb orada möcüzə yaradan, daha sonra
"Bahar"ı, "Günəşli"ni
aşkarlayıb hələ
də onların tükənməyən ehtiyatlarını
üzə çıxaran
Azərbaycan neftçisi
"Ümid"i də
təkbaşına kəşf
etdi. Dənizin 58 metr dərinliyində
quraşdırılmış özüldən qazılan
8 saylı birinci quyuda güclü qaz axını alındı.
Cəmi iki
il öncə
- 2010-cu ildə kəşf
olunmuş yeni yataqda ötən dövr ərzində böyük işlər görüldü. Qazma aparıldı,
müasir platforma quraşdırıldı, hasilat
və nəql üçün digər infrastruktur quruldu. Bu ilin iyun ayında isə "Ümid" öz mavi alovu ilə
hamını sevindirdi.
Burada qazılmış 10 nömrəli
ikinci quyu mənimsənildi və işə salındı.
Quyu yüksək debitlə işləyir, onun gündəlik verimi 1 milyon 200 min kubmetr qaz, 150 ton kondensat təşkil edir.
Təbiətin öz səxavətli
əli ilə yurdumuza bəxş etdiyi yataqlar o qədər zəngindir ki, neft quyularından
eyni zamanda səmt qazı da çıxır. Qaz quyularının isə həmçinin kondensatı
bol olur. Kondensat, məlum olduğu kimi, çox keyfiyyətli yanacaqdır.
O, sanki emal olunmuş neftdir, quyulardan maye halında çıxır.
Öz tərkibinə
görə bir az benzinə,
bir az da
dizel yanacağına yaxındır. "Ümid"dən də qazla bərabər bol və keyfiyyətli
kondensat alınır.
İlk nəticələr yatağın
böyük karbohidrogen
ehtiyatlarına malik olduğunu sübut edir. Hazırda bu ehtiyatlar
200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir.
Bu yaxınlarda "Ümid"lə bağlı
daha bir təqdirəlayiq hadisə
baş verdi:
"Ümid" platformasını
ölkənin qaz kəmərləri sistemi ilə birləşdirən
yeni kəmər istifadəyə verildi. Hazırda yataqdan çıxarılan
qaz sahilə ötürülür. Bütün bunlar
göstərir ki,
"Ümid"in böyük
əhəmiyyəti var. O, Azərbaycanın
enerji təhlükəsizliyini
daha da möhkəmləndirəcək.
Eyni zamanda, ölkənin ixrac potensialı zənginləşəcək.
Prezident İlham Əliyev
demişdir: "Adətən,
Azərbaycanın qaz resursları
haqqında söhbət aparanda bəzi
mütəxəssislər ancaq
"Şahdəniz" yatağı haqqında
danışırlar. Əlbəttə, "Şahdəniz"
yatağı bizim ən böyük
yatağımızdır. Ən azı bir
trilyon 200 milyard qaz
ehtiyatları vardır. Dünya
miqyasında ən böyük qaz yataqlarından biridir, bəlkə
də birincisidir. Ancaq
bizim qaz
resurslarımız təkcə "Şahdəniz" ilə
məhdudlaşmır. Biz gələcək
ixrac imkanlarımızı ancaq "Şahdəniz"də olan hasilatla məhdudlaşdırmamalıyıq".
Ötən
il Fransanın
"Total" və GdF
şirkətləri ilə əməkdaşlıq şəraitində
Xəzərin Azərbaycan sektorunda "Abşeron" yatağı kəşf olundu. 2011-ci ilin əvvəlində
suyun dərinliyinin 473,5 metr
olduğu sahədə başlanmış
axtarış-kəşfiyyat işləri ilin
sonunda 6874 metr dərinlikdə
öz bəhrəsini verdi. Bu yataq Cənubi Xəzər
neftli-qazlı hövzəsinin Abşeron
arxipelaqında, Bakıdan 85-100 kilometr
şərqə doğru açıq dənizdə
yerləşir. Yatağın ehtiyatları ilkin
qiymətləndirməyə görə, 350 milyard
kubmetr qaz və 40 milyon ton kondensat
həcmindədir.
"Babək"
strukturuna da ümid çoxdur. Onun ehtiyatları 400 milyard kubmetr qaz, 80 milyon ton kondensat həcmində qiymətləndirilir.
Bir sözlə,
dünyada təbii qaza olan tələbat
və marağın getdikcə artdığı
müasir dövrdə
Azərbaycan beynəlxalq
birliyə özünü
etibarlı qaz istehsalçısı və
ixtiraçısı kimi
təqdim edə bilib. Biz qaz ixracını haqlı olaraq şəxələndirmək
istəyirik. Çünki
bunun üçün
Azərbaycanın həm
bol qaz ehtiyatları,
həm də onları dünya bazarlarına çıxarmaq
üçün nəql
imkanları var.
Flora SADIQLI
Azərbaycan.-2012.- 19 oktyabr.- S.9.