"Azərbaycan
Respublikasının ərazisinə gətirilən, əlavə
dəyər vergisindən azad olunan malların siyahısı
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin
005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarında dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹ 238 Bakı şəhəri, 19
oktyabr 2012-ci il
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq və Azərbaycan
Respublikası Dövlət Neft Fondunun Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan
Respublikasının Vergilər Nazirliyi və Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi ilə
razılaşdırılmış təklifini nəzərə
alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Azərbaycan Respublikasının ərazisinə
gətirilən, əlavə dəyər vergisindən azad
olunan malların siyahısı haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11
nömrəli qərarına (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005, ¹ 1, maddə 55, ¹ 4, maddə 378, ¹ 10, maddə 980; 2006, ¹ 2, maddə
180, ¹ 4, maddə 367, ¹ 7, maddə 652; 2007, ¹ 6, maddə 700, ¹ 7,
maddə 743, ¹ 12, maddə 1355; 2008, ¹ 4, maddə 325, ¹ 7, maddələr
672, 687, ¹ 11, maddə 1036; 2009, ¹ 1, maddə 25, ¹ 4, maddə 291,
¹ 9, maddələr 742, 744, ¹ 12, maddə 1071; 2010, ¹ 4, maddə
356, ¹ 7, maddə 706, ¹ 12, maddələr 1113, 1114; 2011, ¹ 1, maddə
68, ¹ 4, maddə 374, ¹ 8, maddə 775; 2012, ¹ 1, maddə 38; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 19 iyul tarixli 154
nömrəli və 24 sentyabr tarixli 210 nömrəli qərarları)
aşağıdakı məzmunda 1.24-cü bənd əlavə
edilsin:
"1.24. Azərbaycan Respublikası
Dövlət Neft Fondunun aktivlərində yerləşdirilməsi
üçün idxal olunan qızıl.".
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2012.-
20 oktyabr.- S.1.