"Azərbaycan Respublikasında
dövlət qaz nəzarəti haqqında Əsasnamə"nin
təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2007-ci il 7 iyun tarixli 91 nömrəli qərarında
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹ 236 Bakı şəhəri, 18
oktyabr 2012-ci il
"Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli
Fərmanı ilə təsdiq edilmiş "Mərkəzi
icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi"ndə
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 597 nömrəli
Fərmanının 2.1.3-cü yarımbəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
"Azərbaycan Respublikasında
dövlət qaz nəzarəti haqqında Əsasnamə"nin
təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2007-ci il 7 iyun tarixli 91 nömrəli qərarının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 6,
maddə 696) 1-ci hissəsi ləğv edilsin.
Azərbaycan.-2012.-
20 oktyabr.- S.1.