"Mərkəzi icra hakimiyyəti
orqanları tərəfindən konkret sahələr
üzrə electron xidmətlər göstərilməsi
Qaydaları"nın və "Elektron
xidmət növlərinin Siyahısı"nın təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli
qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹ 235 Bakı şəhəri, 17
oktyabr 2012-ci il
"Dövlət orqanlarının
elektron xidmətlər göstərməsinin təşkili sahəsində
bəzi tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli
Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 11,
maddə 1072, ¹ 12, maddə 1247; 2012, ¹ 1, maddə 40, ¹ 3, maddə
256) ilə təsdiq edilmiş 2 nömrəli əlavə -
"Elektron xidmət növlərinin Siyahısı" yeni
redaksiyada təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2012.-
20 oktyabr.- S.1.