Yasamal rayonu
ötən 9 ayı uğurla başa vurdu
Oktyabrın 19-da Yasamal
Rayon İcra Hakimiyyətində
2012-ci ilin 9 ayı üzrə rayonun sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirildi.
Tədbiri
açan Yasamal Rayon İcra Hakimiyyətinin
başçısı İbrahim Mehdiyev bildirdi ki, ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət
nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından biri olan Yasamalın hərtərəfli
inkişafı üçün böyük işlər görülmüşdür. Prezident İlham Əliyevin imzaladığı
sərəncamlar, verdiyi
tapşırıqlar Yasamal rayonunun tərəqqisinin kompleks
xarakter daşımasına, sosial-mədəni
obyektlərin yaradılmasına, bununla da əhalinin layiqli həyat
tərzinin təmin olunmasına müstəsna töhfələr
verməkdədir.
Cari ilin doqquz
ayında Yasamal rayonunun
sosial-iqtisadi göstəricilərinə
görə, sürətlə inkişaf etdiyini diqqətə çatdıran icra başçısı dedi
ki, ötən müddət ərzində
sənaye məhsulunun ümumi həcmi 137
milyon 271 min manat, nəqliyyat sektorunda
xidmətlərin həcmi 1 milyard 193 milyon 846 min manat olmuşdur ki, bu da
keçən ilin müvafiq
dövrü ilə müqayisədə müvafiq olaraq 90,4 faiz və 96,4 faiz təşkil
edir. Rabitə xidmətlərinin həcmi
120 milyon 295 min manat, ümumi investisiyadan tikinti-quraşdırma işləri
194 milyon 218 min manat olmuşdur ki, bu da
keçən ilin müvafiq
dövrü ilə müqayisədə müvafiq olaraq 132,2 faiz və 240 faiz deməkdir.
Pərakəndə əmtəə dövriyyəsi
553 milyon 208 min manat, əhaliyə göstərilən pullu xidmətlər 352 milyon
719 min manat təşkil
etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 103,2 faiz və 92,9 faiz təşkil
edir. Bir
işçiyə hesablanmış orta
aylıq əməkhaqqı 5,7 faiz artaraq 476 manat olmuşdur. Rayonda 2947 yeni iş yeri
açılmışdır ki, onlardan 283-ü yeni
yaradılmış müəssisələrdə, 657-si mövcud müəssisələrdə, 2007-si
isə fiziki şəxslərdən ibarət
olmuşdur.
Əldə edilən uğurlardan,
aparılan quruculuq və abadlıq işlərindən
danışan İbrahim Mehdiyev
qeyd etdi ki, "2011-2013-cü illərdə Bakı
şəhəri və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində
rayonun su və kanalizasiya, qaz, elektrik enerjisi, istilik, rabitə və informasiya,
yol təsərrüfatı və nəqliyyat,
abadlıq və yaşıllaşdırma, təhsil, səhiyyə,
mədəniyyət, gənclər və idman
sahələrini əhatə edən böyükhəcmli
işlər artıq öz müsbət nəticələrini
göstərməkdədir. Dövlət proqramına rayonumuzun problemləri ilə əlaqədar daxil edilmiş 53 bəndin
20-si artıq icra olunub,
22-si isə icra olunmaqdadır. Belə ki, 21, 13, 38, 150, 225
saylı məktəblərin, 10, 12, 27, 36, 68, 94, 98, 99, 201, 318,
325 və Yeni Yasamal
yaşayış massivində körpələr evi - uşaq
bağçalarının, Niyazi adına
22 saylı uşaq musiqi
məktəbinin tikinti və əsaslı
təmir işləri, Yeni Yasamal yaşayış massivində poçt şöbəsinin tikintisi
artıq başa
çatdırılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
21 saylı məktəbdə əsaslı təmir işləri
ilə tanış olmuş, 18 saylı məktəbdə
aparılmış yenidənqurma işlərindən sonra açılış mərasimlərində
iştirak etmişdir.
Hesabat dövründə Yasamal rayonunun təsərrüfat xidmətləri, elektrik təchizatı və satış idarəsi,
Qaz İstismar Sahəsi,
Su-Kanal Departamenti tərəfindən
sakinlərin elektrik enerjisi,
təbii qaz, içməli su ilə təminatının
yaxşılaşdırılması, mənzil fondunun qorunması və meydana
çıxan problemlərin həlli üçün bir sıra tədbirlər həyata keçirilib, bu istiqamətlərdə
narazılığa səbəb olan hallara yol verilməyib.
İcra başçısı onu da vurğuladı ki,
2012-ci ilin ilk 9 ayı
ərzində rayon əhalisinin aztəminatlı
təbəqəsinin sosial müdafiəsinin
gücləndirilməsi sahəsində də müəyyən
işlər görülüb.
"Ünvanlı Dövlət Sosial
yardımı" Dövlət Proqramı çərçivəsində
Yasamal rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 9212 nəfər ailə üzvü
olmaqla, 2632
ailəyə
ünvanlı dövlət
sosial
yardımı verilib. Sosial müavinət
alanların sayı 6237 nəfərdir. Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi 320 tənha
və kimsəsizə xidmət göstərib, mərkəz tərəfindən
16 nəfərə sanator-kurort müalicəsi üçün
göndərişlər verilib, 48 nəfər əlil isə Nabran İstirahət
Mərkəzinə göndərilib.
19 nəfərə pulsuz avtomobillər
verilib. 325 nəfər
İkinci Dünya
müharibəsi, 20 Üanvar və Qarabağ
müharibəsi əlili Prezident təqaüdü
alır.
İclasda çıxış edən Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov, Yasamal rayon Əhalinin Sosial
Müdafiəsi Mərkəzinin direktoru Asəf
Aslanov, 18 saylı orta
məktəbin müəllimi Aynur Mustafayeva, Yasamal rayon Su-Kanal Departamentinin rəisi Vaqif
Cəbrayıllı və başqaları əldə olunmuş nailiyyətlərlə
yanaşı, həm
də həllini gözləyən problemlər,
çatışmazlıqlar və onların aradan
qaldırılması yolları istiqamətində
çalışaraq rayonun sosial-iqtisadi inkişafının təmin
olunması üçün lazım olan bütün tədbirləri
həyata keçirəcəklərini bildirdilər.
Sonda İbrahim Mehdiyev bildirdi ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
müstəqilliyimizin daha da möhkəmlənməsinə
xidmət edən islahatlar, demokratik dəyişikliklər,
iqtisadi inkişaf ardıcıl surətdə davam
etdirilir. Son aylarda cənab Prezidentin imzaladığı
bir çox fərman və sərəncamlar dövlət idarəçiliyinin
daha da təkmilləşdirilməsi istiqamətində cəsarətlə irəliyə doğru atılmış
mühüm addımlardır. Bu tədbirlər
respublikamızın bütün icra hakimiyyəti
orqanlarının, o cümlədən Yasamal Rayon İcra Hakimiyyətinin
qarşısına bir sıra vəzifələr
qoyur. Sizi əmin edirik ki, indiyədək olduğu kimi, bundan
sonra da Yasamal Rayon İcra Hakimiyyəti öz üzərinə düşən bütün vəzifələri
layiqincə, vaxtında və yüksək keyfiyyətlə
yerinə yetirəcək.
Elçin CƏFƏROV
Azərbaycan.-2012.-
20 oktyabr.- S. 5.