Elektron xidmət növlərinin
Siyahısı
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235
nömrəli qərarı ilə təsdiq edilmişdir
Sıra
¹-si Xidmətin adı
1. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi
1.1.
Azərbaycan Respublikasına səfər etmək istəyən
əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə vizaların verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
1.2.
Xarici müxbirlərin akkreditasiyası üçün
müraciətin və sənədlərin qəbulu
1.3.
Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan
Respublikasının ərazisində olan əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin
müraciətlərinin qəbulu
2. Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi
2.1. Xidməti və mülki
silahın qeydiyyata alınması (qeydiyyatın dəyişdirilməsi)
üçün müraciətin və sənədlərin qəbulu
2.2.
Xidməti və mülki silahın alınmasına və
saxlanılmasına xüsusi icazənin verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
2.3.
Müxtəlif növ möhürlərin və
ştampların hazırlanmasına xüsusi
razılığın verilməsi üçün müraciətin
və sənədlərin qəbulu
2.4.
Qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinə
xüsusi razılıq (lisenziya) verilməsi üçün
müraciətin və sənədlərin qəbulu
2.5.
Mülkiyyətçilərin əmlakının
mühafizəyə götürülməsi üçün
müraciətin və sənədlərin qəbulu
2.6.
Sürücülük vəsiqəsinin verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
2.7.
Nəqliyyat vasitələrinə texniki
baxışın keçirilməsi üçün
müraciətin və sənədlərin qəbulu
2.8.
Yol hərəkəti qaydaları əleyhinə olan
inzibati xətalarla bağlı görülən tədbirlər
barədə məlumat verilməsi və cərimələrin
ödənilməsi
2.9.
Nəqliyyat vasitələrinin dövlət
qeydiyyatına alınması üçün müraciətin və sənədlərin
qəbulu
2.10.
Nəqliyyat vasitələrinin dövlət qeydiyyat
nişanında əks olunmuş rəqəmlərin və ya
hərflərin kombinasiyasının sifariş verilməsi
2.11.
Nəqliyyat vasitələrində reklamın yayılmasına
razılığın verilməsi üçün müraciətin
və sənədlərin qəbulu
2.12.
Nəqliyyat vasitələrinin avadanlıqla təchiz
olunmasına razılığın verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
2.13. Avtonəqliyyat vasitəsi sahiblərinin
mülki məsuliyyətinin icbari sığortası üzrə
sığorta hadisəsi hesab edilə bilən halın baş
verməsi faktını təsdiqləyən
arayışın verilməsi üçün
müraciətin qəbulu
2.14.
Vətəndaşların şəxsiyyət vəsiqəsinin
dəyişdirilməsi üçün müraciətin və
sənədlərin qəbulu
2.15.
Ümumvətəndaş pasportunun dəyişdirilməsi
üçün müraciətin və sənədlərin qəbulu
2.16. Azərbaycan Respublikasında daimi
yaşayan vətəndaşlığı olmayan şəxslərin
şəxsiyyət vəsiqələrinin və onların
ölkə hüdudlarını tərk etmək
üçün şəxsiyyət vəsiqələrinin
dəyişdirilməsi məqsədi
ilə müraciətin və sənədlərin qəbulu
2.17.
Dövriyyəsi məhdudlaşdırılan
narkotik vasitələr, psixotrop maddələr, dövriyyəsinə
nəzarət edilən psixotrop maddələr, narkotik vasitələrin
və psixotrop maddələrin istehsalında
istifadə edilən və
dövriyyəsinə nəzarət edilən
avadanlığın istifadəsinə xüsusi icazənin
verilməsi üçün müraciətin və sənədlərin
qəbulu
2.18.
Narkotik vasitələrə və psixotrop maddələrə
aid olmayan güclü təsir edən və ya zəhərli
maddələr, həmin maddələri hazırlamaq və ya
emal etmək üçün avadanlığın dövriyyəsinə
xüsusi icazənin verilməsi məqsədi ilə
müraciətin və sənədlərin qəbulu
2.19.
Daxili işlər orqanlarında xidmətə qəbul
üçün müraciətin və sənədlərin qəbulu
2.20.
Məhkumluq barədə arayışların verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
2.21.
Arxiv arayışlarının verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
2.22.
İtirilmiş əşyanın tapılmaması barədə
arayışların verilməsi üçün müraciətin
və sənədlərin qəbulu
2.23.
Uşaq bağçalarına və yay istirahət
düşərgələrinə yollayışların verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
2.24.
Daxili İşlər Nazirliyinin “Xəzri” İstirahət
və Sağlamlıq Mərkəzinə
yollayışların verilməsi üçün müraciətin
və sənədlərin qəbulu
3. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi
3.1.
Dövlət Notariat Arxivindən notariat hərəkətləri
barədə məlumatın və onlarla bağlı sənədlərin
surətlərinin verilməsi
3.2.
Qeydiyyat orqanları və vətəndaşlıq vəziyyəti
aktlarının qeydiyyatının aparılması barədə
məlumatın verilməsi
3.3.
Azərbaycan adları barədə məlumatın verilməsi
3.4.
Qeydiyyata
alınmış vətəndaşlıq vəziyyəti
aktları ilə bağlı sənədlərin verilməsi
3.5.
Qeyri-kommersiya hüquqi şəxslərin və təhsil
müəssisələrinin qeydiyyatı proseduru,
adları, eləcə də
qeydiyyata
alınıb-alınmaması barədə məlumatın
verilməsi
3.6.
Mətbu nəşrlərin uçotu üçün
müraciətin və sənədlərin qəbulu
3.7.
Qeydiyyata alınmış qeyri-kommersiya hüquqi şəxslər
və təhsil müəssisələri üçün fərdi
e-pəncərə
3.8.
Sahibkarlıq sahəsində aparılan yoxlamaların
vahid məlumat reyestrindən məlumatın verilməsi
3.9.
Doğum, ölüm, nikah, nikahın pozulması,
övladlığa götürmə və atalığı
müəyyən etmək haqqında vətəndaşlıq
vəziyyəti aktlarının dövlət qeydiyyatı
üçün müraciətin və sənədlərin
qəbulu
3.10.
Notariat kontorları və
notariat hərəkətlərinin aparılması barədə
məlumatın verilməsi
3.11. İcra qurumları və onlar tərəfindən
hərraca çıxarılan əmlaklar, eləcə də
dəyəri 500 manatdan artıq olmayan daşınar əmlakın
satışı üzrə ticarət şəbəkələri haqqında məlumatın
verilməsi
3.12.
Mülki dövriyyə nəticəsində baş verən
hüquqi hadisələrdən yaranan yeni hüquq və vəzifələr
barədə fiziki və hüquqi şəxslərin məlumatlandırılması
3.13.
Ədliyyə orqanları və notariusların qəbuluna
onlayn yazılış
3.14.
Azərbaycan Respublikasının vətəndaşlarına,
həmçinin Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər
və vətəndaşlığı olmayan şəxslərə
fərdi identifikasiya nömrəsi barədə
məlumatın verilməsi
3.15.
Borcun, icra ödənişinin, icra hərəkətləri
ilə bağlı xərclərin internet vasitəsilə
ödənilməsi
3.16.
Borclunun ölkədən getmək hüququnun müvəqqəti
məhdudlaşdırılması barədə məlumatın
verilməsi
3.17.
Ədliyyə Nazirliyinə elektron müraciət
4. Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi
4.1.
Xüsusi razılıqların (lisenziyaların) verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
4.2.
Xüsusi icazələrin verilməsi üçün
müraciətin və sənədlərin qəbulu
4.3.
Tikintidə Təhlükəsizliyə Nəzarət
Dövlət Agentliyində obyektlərin ekspertizasının
aparılması üçün müraciətin və sənədlərin
qəbulu
4.4.
Kiçik Həcmli Gəmilər üzrə Dövlət
Müfəttişliyi tərəfindən gəmilərin
dövlət qeydiyyatının aparılması
üçün müraciətin və sənədlərin qəbulu
5. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi
5.1.
Sığorta, təkrar sığorta, sığorta
brokeri, sığorta agenti fəaliyyətinə xüsusi
razılığın (lisenziyanın) verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
5.2.
Qiymətli metalların və qiymətli daşların
istehsalı, emalı və istifadəsi, dövriyyəsi fəaliyyətinə xüsusi
razılığın (lisenziyanın) verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
5.3. Ciddi hesabat blanklarının
hazırlanması fəaliyyətinə xüsusi
razılığın (lisenziyanın) verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
5.4.
Qeyri-dövlət pensiya fondlarının fəaliyyətinə
xüsusi razılığın (lisenziyanın) verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
6. Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi
6.1.
Malın mənşə ölkəsini təsdiq edən
sertifikatın verilməsi üçün müraciətin və
sənədlərin qəbulu
6.2.
İxrac olunan yeyinti məhsullarının keyfiyyətini
və təhlükəsizliyini təsdiq edən keyfiyyət
sertifikatının verilməsi üçün müraciətin
və sənədlərin qəbulu
6.3.
Kommersiya hüquqi şəxslərə münasibətdə
qrant müqavilələrinin qeydiyyata alınması
üçün müraciətin və sənədlərin qəbulu
6.4.
Əmtəə birjasının fəaliyyətinə
xüsusi razılığın (lisenziyanın) verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
6.5.
Əlvan metal, tərkibində
qiymətli metallar və daşlar olan sənaye və istehsalat
tullantılarının tədarükü, emalı və
satışı fəaliyyətinə xüsusi razılıq
(lisenziya) verilməsi üçün
müraciətin və sənədlərin qəbulu
6.6.
Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının
ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə
təsdiqedici kod nömrəsinin verilməsi üçün
müraciətin və sənədlərin qəbulu
6.7.
İnzibati cərimələrin və maliyyə
sanksiyalarının internet vasitəsilə ödənilməsi
7. Azərbaycan
Respublikasının Vergilər Nazirliyi
7.1.
Elektron bəyannamənin qəbulu
7.2.
Elektron vergi hesab fakturasının qəbulu
7.3.
Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə
elektron ödənişlərin və əvəzləşmələrin
aparılması
7.4.
Fərdi sahibkarların onlayn qeydiyyatı
7.5.
Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı
7.6.
ƏDV məqsədləri üçün onlayn
qeydiyyat
7.7.
Bank idarələrində hesabların
açılması
7.8.
Vergi və digər büdcə daxilolmalarının internet vasitəsilə ödənilməsi
7.9.
Bəyannamələrin vergi orqanları tərəfindən
hazırlanması və təsdiq edilmək üçün
vergi ödəyicilərinə göndərilməsi
7.10.
Sadələşdirilmiş vergi bəyannaməsinin vergi
orqanına onlayn təqdim edilməsi
7.11.
Vergi bəyannamələrinin ( sadələşdirilmiş
vergi bəyannaməsi istisna olmaqla), hesabat və
arayışların vergi orqanına onlayn təqdim edilməsi
7.12.
Vergi borcu barədə arayışın verilməsi
üçün müraciətin qəbulu
7.13.
Şəxsi hesab vərəqəsindən
çıxarışın verilməsi üçün
müraciətin qəbulu
7.14.
Üzləşmə aktlarının verilməsi
üçün müraciətin qəbulu
7.15.
Vergi ödəyicisinin təsərrüfat subyektinin
(obyektinin) onlayn qeydiyyatı
7.16.
Vergi ödəyicisinin filialının, nümayəndəliyinin
onlayn qeydiyyatı
7.17.
Vergi ödəyicisinin təsərrüfat subyektinin
(obyektinin) onlayn qeydiyyatdan çıxarılması
7.18.
Vergi ödəyicisinin filialının, nümayəndəliyinin
onlayn qeydiyyatdan çıxarılması
7.19.
ƏDV məqsədləri üçün qeydiyyatın
onlayn ləğv edilməsi
7.20.
Nəzarət-kassa aparatının onlayn qeydiyyatı və
qeydiyyatdan çıxarılması
7.21.
POS-terminalın onlayn qeydiyyatı
7.22.
POS-terminalın onlayn qeydiyyatdan
çıxarılması
7.23.
Fiziki şəxsin fəaliyyətinin onlayn
dayandırılması
7.24.
Hüquqi şəxsin fəaliyyətinin onlayn
dayandırılması
7.25.
Hüquqi şəxsin filialının, nümayəndəliyinin
fəaliyyətinin onlayn dayandırılması
7.26.
Vergi ödəyicisinin təsərrüfat subyektinin
(obyektinin) fəaliyyətinin onlayn dayandırılması
7.27.
Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası
7.28.
Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası
7.29.
Hüquqi şəxsin filialının, nümayəndəliyinin
fəaliyyətinin onlayn bərpası
7.30. Vergi ödəyicisinin təsərrüfat
subyektinin (obyektinin) fəaliyyətinin onlayn bərpası
7.31.
Hüquqi şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi
7.32.
Fiziki şəxsin uçot məlumatlarının onlayn
dəyişdirilməsi
7.33.
Hüquqi şəxsin filialının, nümayəndəliyinin
uçot məlumatlarının onlayn dəyişdirilməsi
7.34.
Vergi ödəyicisinin təsərrüfat subyektinin
(obyektinin) uçot məlumatlarının onlayn dəyişdirilməsi
7.35.
Vergilər Nazirliyinə göndərilmiş müraciətlərin,
sorğuların və məktubların icrasının
müraciət edənlər tərəfindən onlayn izlənilməsi
7.36.
Satınalmalar üzrə məlumatların onlayn təqdim
edilməsi
7.37.
Vergi orqanı əməkdaşlarının fəaliyyətində
korrupsiya və digər hüquqpozma halları barədə məlumatın
onlayn verilməsi
7.38.
Vergi orqanı əməkdaşlarının qeyri-etik
davranışı barədə məlumatın onlayn verilməsi
7.39.
Vergi Apellyasiya Şurasına müraciətin onlayn təqdim
edilməsi
7.40. Vətəndaşların
video qəbulu
7.41.
Büdcə rekvizitləri barədə məlumatın
verilməsi
7.42.
Vergi kalkulyatoru
7.43.
İstehsal fəaliyyəti ilə məşğul olan
vergi ödəyiciləri barədə məlumatların verilməsi
7.44.
Vergi uçotuna alınmış vergi ödəyiciləri
barədə məlumatların verilməsi
7.45.
Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının
verilməsi
7.46. ƏDV
ödəyiciləri barədə məlumatların verilməsi
7.47.
Kommersiya hüquqi şəxsin adının
unikallığının yoxlanılması
7.48.
Çağrı Mərkəzində vergi qanunvericiliyi və
elektron xidmətlərin tətbiqi ilə bağlı
sualların cavablandırılması
7.49.
Çağrı Mərkəzində vergidən
yayınma halları və vergi orqanlarının vəzifəli
şəxslərinin hərəkəti (hərəkətsizliyi)
barədə müraciətlərin qəbulu
7.50.
Çağrı Mərkəzində vergi növləri
barədə məlumatın verilməsi
7.51.
Çağrı Mərkəzində vergi borcu barədə
məlumatın təqdim edilməsi
7.52.
Çağrı Mərkəzində SMS vasitəsilə
daxil olmuş müraciətlərin SMS ilə
cavablandırılması
7.53.
Çağrı Mərkəzində qeyri-iş
saatlarında zəng etmiş şəxsin sonradan onunla
canlı rejimdə əlaqə yaradılması barədə
müraciətinin qəbulu
7.54.
Vergi ödəyiciləri ilə sual-cavab
7.55.
Vergilər nazirinə onlayn müraciət
7.56.
Vergi orqanlarına xidmətə qəbul
üçün müraciətin və sənədlərin qəbulu
7.57.
Vergi orqanlarında vakant vəzifələr üzrə
qeydə alınmış namizədlər barədə
statistik məlumatların verilməsi
8. Azərbaycan
Respublikasının Sənaye və Energetika Nazirliyi
8.1. Neft
məhsullarının satışına xüsusi
razılıq (lisenziya) verilməsi üçün müraciətin
və sənədlərin qəbulu
8.2. Qaz məhsullarının
satışına xüsusi razılıq (lisenziya) verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
8.3. İxrac nəzarətinə
düşən və Sənaye və Energetika Nazirliyinin səlahiyyətinə
aid olan malların (işlər, xidmətlər, əqli fəaliyyətin
nəticələri) ixracı, idxalı, təkrar ixracı, təkrar
idxalı və
tranziti
üçün xüsusi icazənin verilməsi məqsədi
ilə müraciətin və sənədlərin qəbulu
8.4. Qiymətli daşların
hasilatı, qızılın və digər qiymətli
metalların, neftin, neft məhsullarının və təbii
qazın hasilatı və emalı, neft və neft məhsulları
tullantılarının emalı vasitələrinin
dövriyyəsinə
dair xüsusi icazənin verilməsi üçün müraciətin
və sənədlərin qəbulu
8.5. İxrac məqsədli neft-qaz fəaliyyəti
üçün podratçılara və
subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi
haqqında şəhadətnamə verilməsi məqsədi
ilə müraciətin və sənədlərin qəbulu
8.6. Alternativ və bərpa olunan enerji mənbələri
üzrə fəaliyyətə xüsusi icazənin verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
8.7. Sənaye qurğularının
istismara buraxılmasına xüsusi icazənin verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
8.8. Qaz istismarı qaydalarının
pozulmasına görə cərimələrin internet vasitəsilə
ödənilməsi
8.9. Enerji
istismarı qaydalarının pozulmasına görə cərimələrin
internet vasitəsilə ödənilməsi
9. Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
9.1.
Məşğulluqla bağlı, habelə peşə
hazırlığı, əlavə təhsil və haqqı
ödənilən ictimai işlərə cəlb olunmaq
üçün müraciətin və sənədlərin qəbulu
9.2.
Peşə seçimi ilə bağlı onlayn testləşdirmə
9.3.
Məşğulluq orqanları vasitəsilə iş
axtarışı
9.4.
İşəgötürənlərin
hesabatlarının onlayn təqdim edilməsi
9.5.
İşsizlik statusunun verilməsi və müavinətinin
təyin edilməsi
üçün müraciətin və sənədlərin
qəbulu
9.6.
İşsizlik müavinətinin məbləğinin
hesablanması kalkulyatoru
9.7.
İstehsalatda baş verən bədbəxt hadisə barədə
aidiyyəti dövlət strukturuna məlumatların verilməsi
9.8.
Ünvanlı sosial yardım verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
9.9.
Dövlət sosial təminat xidmətləri üzrə
müraciətin və sənədlərin qəbulu
9.10.
Sosial müavinətlərin və təqaüdlərin
hesablanması üzrə sosial kalkulyator
9.11. Əlilliyin müəyyən edilməsi,
tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi,
protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin
təminatı üçün müraciətin və sənədlərin
qəbulu
9.12.
Azərbaycan Respublikası vətəndaşlarının
xarici ölkələrdə işə düzəlmələrində
vasitəçilik fəaliyyətinə xüsusi
razılığın (lisenziyanın) verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
10. Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
10.1.
Etil (yeyinti) spirtinin və alkoqollu içkilərin (şərabın,
konyakın, arağın və siyahısı Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən edilən digər alkoqollu
içkilərin) istehsalı və
idxalına xüsusi razılıq (lisenziya) verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
10.2.
Tütün məmulatının istehsalı və
idxalına xüsusi razılıq (lisenziya) verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
10.3.
Özəl baytarlıq təbabəti fəaliyyətinə
xüsusi razılıq (lisenziya) verilməsi üçün
müraciətin və sənədlərin qəbulu
10.4.
Baytarlıq preparatlarının istehsalı və
satışı fəaliyyətinə xüsusi razılıq
(lisenziya) verilməsi üçün müraciətin və sənədlərin
qəbulu
10.5.
Özəl toxumçuluq fəaliyyəti sahəsində
şəhadətnamənin verilməsi üçün
müraciətin və sənədlərin qəbulu
10.6.
Özəl damazlıq fəaliyyəti sahəsində
şəhadətnamənin verilməsi üçün
müraciətin və sənədlərin qəbulu
10.7.
Baytarlıq nəzarətində olan yüklərin, o
cümlədən baytarlıq preparatlarının, yem və
yem əlavələrinin idxal-ixracına icazənin verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
10.8.
Baytarlıq preparatlarının aprobasiyası,
ekspertizası, sınaqdan keçirilməsi, dövlət
qeydiyyatına alınması, dövlət reyestrinin
aparılması və qeydiyyat şəhadətnaməsinin
verilməsi
üçün müraciətin və
sənədlərin qəbulu
10.9.
Lizinq əməliyyatlarının aparılması
üçün müraciətin və sənədlərin qəbulu
10.10.
Traktorların, həmçinin meşə və kənd
təsərrüfatında istifadə edilən digər
mexaniki nəqliyyat vasitələrinin dövlət
qeydiyyatına alınması üçün müraciətin
və sənədlərin qəbulu
10.11.
Traktorların, həmçinin meşə və kənd
təsərrüfatında istifadə edilən digər
mexaniki nəqliyyat vasitələrinə dövlət texniki
baxışın keçirilməsi üçün
müraciətin və sənədlərin qəbulu
10.12.
Traktor sürücüsü vəsiqəsinin verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
11. Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi
11.1. Təsərrüfat
(iqtisadi) fəaliyyətlərinin həyata keçirilməsi
ilə əlaqədar dövlət ekoloji ekspertiza rəyinin
verilməsi
11.2. Toksiki istehsalat
tullantılarının utilizasiyasına və zərərsizləşdirilməsinə
xüsusi razılıq (lisenziya) verilməsi üçün
müraciətin və sənədlərin qəbulu
11.3. Yabanı dərman bitkilərinin
xammalının yığılmasına xüsusi
razılıq (lisenziya) verilməsi üçün müraciətin
və sənədlərin qəbulu
11.4. Mülki dövriyyəsi məhdudlaşdırılmış
əşyaların (ozondağıdıcı maddələr və
tərkibində belə maddələr olan məhsullar) dövriyyəsinə
xüsusi icazə verilməsi üçün
müraciətin və
sənədlərin qəbulu
11.5. Atmosfer havasına zərərli maddələrin
atılmasına və zərərli fiziki təsirlərə
xüsusi icazənin verilməsi üçün müraciətin
və sənədlərin qəbulu
11.6. Sudan
xüsusi istifadəyə icazənin verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
11.7.
Ekoloji və normativ sənədlərin
razılaşdırılması və təsdiq edilməsi
üçün müraciətin və sənədlərin qəbulu
11.8.
Meşə fonduna daxil olmayan yaşıllıqların
istifadəsi, mühafizəsi və qorunması ilə əlaqədar rəyin
verilməsi
11.9. Yerin təki sahəsinə
faydalı qazıntıların çıxarılması,
faydalı qazıntıların çıxarılması ilə
əlaqədar olmayan yeraltı qurğuları tikmək və
istismar etmək məqsədi ilə dağ-mədən
ayırması
statusunun verilməsi üçün
müraciətin və sənədlərin qəbulu
11.10. Vəhşi heyvanların ovuna icazələrin
verilməsi üçün müraciətin və sənədlərin
qəbulu
11.11. Sənaye balıq ovu
üçün balıqovlama biletlərinin verilməsi məqsədi
ilə müraciətin və sənədlərin qəbulu
11.12. Əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə ov etmək üçün icazənin
verilməsi məqsədi ilə müraciətin və sənədlərin
qəbulu
11.13.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə
aid edilmiş mal və materialların idxalına və
ixracına razılığın verilməsi
11.14. Milli Parklara onlayn bilet
satışı
11.15.
Meşə məhsulları və dərman bitkilərinin
onlayn satışı
11.16.
Meşə fondu torpaqlarından istifadə edilməsi
üçün razılığın verilməsi
11.17. Ətraf
mühit və təbii sərvətlərlə bağlı məlumatların
verilməsi
11.18. Cərimə, ziyan və ödəmələrin
internet vasitəsilə ödənilməsi
12. Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
12.1.
Mehmanxana, istirahət evləri, pansionlar və digər
analoji yerləşdirmə obyektlərinin ballarının
onlayn hesablanması, qeydiyyatı və kateqoriyaların verilməsi
xidmətləri
12.2.
Arxiv arayışlarının, arxiv sənədlərindən
çıxarışların, arxiv sənədlərinin surətlərinin
verilməsi üçün müraciətin və sənədlərin
qəbulu
12.3. Mədəni
və tarixi sərvətlərin hüquqi, fiziki şəxslər
və əcnəbi vətəndaşlar tərəfindən
respublika ərazisindən kənara
çıxarılmasına, həmçinin
qaytarılmasına icazələrin verilməsi
üçün
müraciətin və sənədlərin
qəbulu
12.4. Mədəniyyət
və turizm üzrə investisiya layihələrinin və
proqramlarının onlayn təqdim edilməsi
12.5. Turizm fəaliyyəti ilə məşğul
olan şirkətlərin və turistlərin səfərlərinin
təşkil olunduğu xarici ölkələrdə (yerlərdə)
və ölkə ərazisində turizm fəaliyyəti ilə
məşğul olan obyektlərdə və
əcnəbi turistlərin
səfərlərinin təşkil olunduğu digər yerlərdə
mövcud vəziyyət barədə məlumatın verilməsi
12.6. Turizm, mehmanxana, mehmanxana tipli obyektlərə
və turizm fəaliyyəti ilə məşğul olmaq istəyən
hüquqi və fiziki şəxslərə icazələrin,
lisenziyaların verilməsi üçün müraciətin və
sənədlərin
qəbulu
12.7. Fiziki və hüquqi şəxslərə
tarix və mədəniyyət abidələrinin bərpası
üzrə işlərin yerinə yetirilməsi
üçün icazələrin verilməsi ilə
bağlı müraciətin və sənədlərin qəbulu
12.8. Arxeoloji qazıntı işlərinin
aparılması ilə əlaqədar icazələrin
qeydiyyatı üçün müraciətin və sənədlərin
qəbulu
12.9.
Abidələrin təhlükəsizliyini təmin etmək
məqsədi ilə hüquqi və fiziki şəxslərlə mühafizə müqavilələrinin
və aktlarının bağlanılması üçün
müraciətin və sənədlərin qəbulu
12.10.
Daşınmaz tarix və mədəniyyət abidələrinin
alqı-satqısı ilə əlaqədar icazələrin
verilməsi üçün müraciətin və sənədlərin
qəbulu
12.11.
Filmlərin dövlət reyestrində qeydə alınmasına
və ölkə ərazisində nümayişinə icazələrin
verilməsi üçün müraciətin və sənədlərin
qəbulu
12.12. Kino
üzrə ekspert şuralarına və ssenari müsabiqələrinin
münsiflər heyətinə sinopsis və ssenarilərin təqdim
edilməsi
12.13.
Şəhər, rayon mərkəzləşdirilmiş
kitabxana və muzey sistemlərinin hesabatlarının onlayn təqdim
edilməsi
12.14.
Fiziki və hüquqi şəxslərə dövlət
kitabxana və muzey fondunda saxlanılan biblioqrafiya məlumatlarının
verilməsi
12.15.
Fiziki və hüquqi şəxslərə dövlət
kitabxana və muzey fondunda saxlanılan və müəllif
hüquqları ilə qorunmayan məlumatların verilməsi
12.16. Mədəniyyət və Turizm
Nazirliyinin tabeliyində olan təşkilatlarda (dövlət
teatr-tamaşa və konsert müəssisələrində, rəsm
qalereyalarında, muzeylərdə, qoruqlarda və s.)
keçirilən
mədəni tədbirlərə
onlayn bilet satışı
12.17. Mədəniyyət və Turizm
Nazirliyinin CİS naviqasiya sistemi üzrə xidmətlər
13. Azərbaycan
Respublikasının Təhsil Nazirliyi
13.1. Ümumi
təhsil müəssisələrinə müəllimlərin
işə qəbulu üçün müraciətin və sənədlərin
qəbulu və imtahan nəticələri haqqında məlumat
verilməsi
13.2. “2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı”na əsasən müraciətin
və sənədlərin qəbulu
13.3. Təhsil
müəssisələrinin akkreditasiyası üçün
müraciətin və sənədlərin qəbulu
13.4. Təhsil müəssisələrinə
lisenziyaların verilməsi üçün müraciətin və
sənədlərin qəbulu
13.5.
İlk peşə-ixtisas təhsili müəssisələrinə
qəbul üçün müraciətin və sənədlərin
qəbulu
13.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının
tanınması və ekvivalentliyin müəyyən edilməsinin
(nostrifikasiyası) onlayn yoxlanılması
13.7. Təhsil
sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması
13.8. Şagirdlərin təhsildə
qazandıqları cari nailiyyətləri əks etdirən məlumatların
verilməsi
14. Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi
14.1. Vətəndaşlara
elektron sağlamlıq kartı üzrə məlumatların
verilməsi
14.2.
Dövlət tərəfindən dərman vasitələri
ilə təmin olunan xəstələrə şəxsi məlumatları,
onların qeydiyyatı və aldığı dərmanlar barədə
məlumatın verilməsi
14.3.
Obliqat qruplara aid vətəndaşlara müayinələrdən
keçmələri barədə məlumatın verilməsi
14.4.
Müəssisə rəhbərlərinə obliqat qrupuna
daxil olan işçiləri barədə məlumatın
verilməsi
14.5.
Özəl tibb və əczaçılıq fəaliyyəti
ilə məşğul olmaq üçün xüsusi
razılığın (lisenziya) verilməsi üçün
müraciətin və sənədlərin qəbulu
14.6. Səhiyyə
Nazirliyinin tabeliyində olan tibb müəssisələrində
işə qəbulla bağlı keçiriləcək
müsabiqələrdə iştirak etmək üçün
müraciətin və sənədlərin qəbulu
14.7. Dərman
vasitələri haqqında məlumatın verilməsi
14.8.
İmmunoprofilaktika üzrə məlumatın verilməsi
14.9.
Ambulator tibb müəssisələrindən evə
çağırış və ya həkim qəbuluna
yazılma
14.10. Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış,
diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq
işçilərinin işə buraxılması
üçün müraciətin və sənədlərin qəbulu
14.11. Tibb müəssisələri barədə
məlumatların verilməsi
14.12. Tibbi arayışların elektron
registrindən məlumatların verilməsi
14.13. “Doğum haqqında tibbi şəhadətnamə”
elektron registrindən məlumatların verilməsi
14.14. “Ölüm haqqında tibbi şəhadətnamə”
elektron registrindən məlumatların verilməsi
14.15. Özəl
tibb müəssisəsində narkotik və psixotrop maddələrin
istifadəsinə razılıq məktubunun verilməsi
14.16. Dərman
vasitələrinin idxalına icazə verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
14.17. Prekursorların
idxalı, ixracı, tranzit nəql edilməsi və
istehsalı ilə məşğul olmağa xüsusi
razılığın verilməsi (lisenziya) üçün
müraciətin və sənədlərin qəbulu
14.18. Dərman
vasitəsinin və dərman maddəsinin dövlət
qeydiyyatı şəhadətnaməsinin verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
14.19. Səhiyyə Nazirliyinə göndərilmiş
sorğuların və məktubların icrasının
müraciət edənlər tərəfindən onlayn izlənilməsi
14.20. Radioaktiv maddə və
materialların, ionlaşdırıcı şüa mənbələri
olan qurğuların, avadanlıqların və radioaktiv
tullantıların daşınması üsullarının və
şəraitinin sanitariya qaydalarına
uyğun
olması barədə sanitar-epidemioloji rəyin verilməsi
14.21.
Yeyinti məhsulları üzərində “müalicəvi”,
“pəhriz” və onlara bərabər tutulan adların verilməsi
və reklam xarakterli digər məlumatların etiketdə yerləşdirilməsinə
icazə məktubunun
verilməsi
14.22.
Rentgen kabinetinin istismarına icazə verən
sanitar-epidemioloji rəyin verilməsi
14.23.
İonlaşdırıcı şüa mənbələri ilə işlərə icazə
verən sanitar-epidemioloji rəyin
verilməsi
14.24. Qida məhsullarının
daşınmasına icazə verən sanitariya pasportunun verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
14.25. Mehmanxana və mehmanxana tipli obyektlər
üçün sanitariya pasportunun verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
14.26. Gəminin
(daxili sularda üzən gəmilər üçün)
sanitariya nəzarətindən azad edilməsi haqqında şəhadətnamənin
verilməsi üçün müraciətin və
sənədlərin qəbulu
14.27. Üzmə hüququ
üçün gəmi (daxili sularda üzən gəmilər
üçün) sanitariya şəhadətnaməsinin verilməsi
məqsədi ilə müraciətin və sənədlərin
qəbulu
14.28 Tikinti üçün torpaq sahəsinin
sanitariya-gigiyena cəhətdən yararlı olması
haqqında rəyin verilməsi
14.29.
Tikinti və yenidənqurma layihələrinə
sanitar-epidemioloji rəyin verilməsi
14.30.
Daxili istehsal məhsullarına və idxal edilən məhsullara
gigiyenik sertifikatın verilməsi üçün müraciətin
və sənədlərin qəbulu
14.31.
Beş ildən çox işləməyən tibb
mütəxəssislərinin hazırlığa göndərilməsi
üçün müraciətin və sənədlərin qəbulu
14.32. Tibb
işçilərinin sertifikasiyadan keçməsi
üçün müraciətin və sənədlərin qəbulu
14.33. Tibb işçilərinin ixtisas dərəcələrinin
artırılması ilə əlaqədar müraciətin və
sənədlərin qəbulu
14.34.
Xarici ölkələrdə tibbi təhsil və ya fəaliyyət
göstərilməsi üçün müvafiq
arayışın verilməsi məqsədi ilə müraciətin
və sənədlərin qəbulu
14.35.
Respublikadan kənarda müalicə alınması ilə
əlaqədar müraciətin və sənədlərin qəbulu
14.36. Tibbi
müayinə kartlarının onlayn sifarişi
14.37.
Profilaktik peyvəndlərin vaxtı barədə SMS vasitəsilə
xəbərdarlıq verilməsi
14.38. Tibbi
kadrların vahid registrindən məlumatların verilməsi
15. Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi
15.1. Bəzi
fəaliyyət növlərinə xüsusi razılıq
(lisenziya) verilməsi üçün müraciətin və sənədlərin
qəbulu
15.2. Mülki dövriyyənin müəyyən
iştirakçılarına mənsub ola
bilən və dövriyyədə olmasına xüsusi icazə
əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış)
əşyaların dövriyyəsi
üçün xüsusi icazə
verilməsi məqsədi ilə müraciətin və sənədlərin
qəbulu
15.3.
İxrac nəzarətinə düşən mallar
(işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri)
üzrə xüsusi icazə verilməsi üçün
müraciətin və sənədlərin qəbulu
15.4. Nömrə
resurslarının ayrılması üçün müraciətin
və sənədlərin qəbulu
15.5. Təsisçisi və ya
redaksiyasının daimi yeri Azərbaycan Respublikasının
hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin
Azərbaycan Respublikasında yayılmasına razılıq
verilməsi
üçün müraciətin
və sənədlərin qəbulu
15.6.
Telefon çəkilişi, nömrənin dəyişdirilməsi
və addan ada keçirilməsi üçün müraciətin
və sənədlərin qəbulu
15.7.
Telefon servis xidmətlərinə qoşulma
üçün müraciətin və sənədlərin qəbulu
15.8. İnternet xidmətlərinə
qoşulma üçün müraciətin və sənədlərin
qəbulu
15.9. Telekommunikasiya
vasitələrinə və qurğularına uyğunluq
sertifikatının verilməsi üçün müraciətin
və sənədlərin qəbulu
15.10. Radiorabitə vasitələrinin qeydiyyatı üçün
müraciətin və sənədlərin qəbulu
15.11. Rabitə xidmət haqlarının
internet vasitəsilə ödənilməsi
15.12. Rabitə və kommunal xidmətlər
üzrə borcların internet vasitəsilə öyrənilməsi
15.13. Şəhərlərarası və
beynəlxalq danışıq qəbzləri (danışıqların
açıqlamaları) barədə məlumatın verilməsi
15.14. Poçt göndərişlərinin
izlənilməsi
15.15. Dövri mətbuata internet-abunə
15.16.
Elektron imzanın verilməsi üçün müraciətin
və sənədlərin qəbulu
16. Azərbaycan Respublikasının
Nəqliyyat Nazirliyi
16.1.
Avtomobil nəqliyyatı ilə sərnişin və
yük daşımalarına xüsusi razılıq (lisenziya)
verilməsi üçün müraciətin və sənədlərin
qəbulu
16.2. Rəqəmsal
taxoqraf kartlarının verilməsi üçün müraciətin
və sənədlərin qəbulu
16.3. Dəmir
yolu nəqliyyatında sərnişin daşımaları
üçün elektron bilet satışı
16.4.
Azərbaycan Respublikasının ümumi istifadədə
olan avtomobil yolları ilə iriqabaritli və
ağırçəkili nəqliyyat vasitələrinin hərəkət
etməsinə xüsusi icazə verilməsi üçün
müraciətin və
sənədlərin
qəbulu
16.5. Nəqliyyat Nazirliyinin balansında
olan ümumi istifadə edilən avtomobil yollarının təhkim
və mühafizə zolağında müvafiq işlərin
görülməsinə razılıq verilməsi
üçün müraciətin və
sənədlərin
qəbulu
17. Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi
17.1. Gənclər
və İdman Nazirliyi tərəfindən təşkil edilən
beynəlxalq və respublika səviyyəli tədbirlərdə
iştirak etmək üçün müraciətin və sənədlərin
qəbulu
17.2. İdman təsnifatına uyğun
olaraq, idman sahəsində fəxri adların verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
17.3. Gənclər təşkilatlarının
layihələrinin qismən maliyyələşdiril-məsi ilə
bağlı qrant müsabiqəsində iştirak etmək
üçün müraciətin və sənədlərin qəbulu
17.4. Gənclərin beynəlxalq tədbirlərdə
iştirakı üçün müraciətin və sənədlərin
qəbulu
17.5. Yarış məqsədli idman nəqliyyat
vasitələrinin dövlət qeydiyyatına alınması
üçün müraciətin və sənədlərin qəbulu
17.6. İdman mərc oyunlarının həyata
keçirilməsi məqsədi ilə hüquqi şəxsin
akkreditasiya olunması üçün müraciətin və
sənədlərin qəbulu
18. Azərbaycan
Respublikasının Müdafiə Sənayesi Nazirliyi
18.1.
İxrac nəzarətinə düşən mallar
(işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri)
üzrə xüsusi icazənin verilməsi üçün
müraciətin və sənədlərin qəbulu
19. Azərbaycan
Respublikasının Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsi
19.1.
Qiymətli kağızların qeydiyyatı
üçün müraciətin və sənədlərin qəbulu
19.2.
Xüsusi razılığın (lisenziyanın) verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
19.3. Lotereyanın təşkili və
keçirilməsinin qeydiyyatı üçün müraciətin
və sənədlərin qəbulu
19.4.
Qiymətli kağızlar bazarının
iştirakçıları tərəfindən hesabatların
onlayn təqdim edilməsi
19.5.
Qiymətli kağızların dövriyyədən
çıxarılması üçün müraciətin və
sənədlərin qəbulu
19.6. Emitentlərin adlarının dəyişməsi
ilə əlaqədar qiymətli kağızların dövlət
reyestrində dəyişikliklərin edilməsi
üçün müraciətin və sənədlərin qəbulu
19.7. Qiymətli kağızların
girovda olub-olmaması barədə arayışların verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
19.8. Qiymətli kağızlarla girova
xitam verilməsi üçün müraciətin və sənədlərin
qəbulu
19.9.
Qiymətli kağızlar bazarı
iştirakçılarının attestasiyadan keçirilməsi
üçün müraciətin və sənədlərin qəbulu
19.10. Lotereya təşkilatçılarının,
idman-mərc və cıdır-şans (totalizator)
oyunlarının operatorları tərəfindən
hesabatların onlayn təqdim olunması
20. Azərbaycan
Respublikasının Dövlət Şəhərsalma və
Arxitektura Komitəsi
20.1. Dövlət
standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli
bina və qurğuların layihələndirilməsi fəaliyyəti
ilə məşğul olmaq üçün hüquqi və
fiziki şəxslərə xüsusi razılıq
(lisenziya) verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
21. Azərbaycan
Respublikasının Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsi
21.1.
Status sənədlərinin verilməsi üçün
müraciətin və sənədlərin qəbulu
21.2. Əraziləri
işğal olunmuş rayon icra hakimiyyəti orqanları tərəfindən
təsdiq edilən yemək xərci üçün dövlət
büdcəsindən verilən aylıq müavinəti alan məcburi köçkünlərin
siyahısının
təqdim olunması
21.3.
Kommunal xidmətlərdən istifadə edən məcburi
köçkünlərin müvafiq xidmət təşkilatları
və icra hakimiyyəti orqanları tərəfindən təsdiq
edilmiş siyahısının təqdim olunması
21.4. Məcburi
köçkünlər üzrə yemək xərcləri və
kommunal xidmətlər barədə məlumat verilməsi
22. Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi
22.1. Malların və nəqliyyat vasitələrinin
gömrük rəsmiləşdirilməsi üzrə elektron
Gömrük Bəyannaməsinin qəbulu
22.2.
Dövlət sərhədindən keçirilən
malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi
üçün ilkin məlumatlandırma üzrə
müraciətin və sənədlərin qəbulu
22.3.
Fiziki şəxslər tərəfindən Azərbaycan
Respublikasının gömrük sərhədindən
keçirilən malların və nəqliyyat vasitələrinin
bəyan edilməsi üzrə elektron Sərnişin Bəyannaməsinin
qəbulu
22.4. Xarici-iqtisadi fəaliyyət
iştirakçıları tərəfindən idxal-ixrac
olunan malların və nəqliyyat vasitələrinin
gömrük rəsmiləşdirilməsi prosesinin onlayn
monitorinqi
22.5.
Xarici iqtisadi fəaliyyət
iştirakçılarına həyata keçirdikləri
idxal-ixrac əməliyyatları barədə statistik məlumatların
verilməsi
22.6. Bəyannaməçilərin
gömrük ekspertizasının aparılması
üçün müraciətin qəbulu
22.7.
Malların nomenklaturası və mal və nəqliyyat
vasitələrinə tətbiq olunan müvafiq gömrük
ödənişləri barədə məlumatların verilməsi
22.8. Rüsumsuz ticarət
mağazasının təsis edilməsinə dair icazə
verilməsi üçün müraciətin və sənədlərin
qəbulu
22.9. Gömrük
brokeri və gömrük ərazisindən kənarda
malların emalı fəaliyyətinə xüsusi
razılıq (lisenziya) verilməsi üçün müraciətin
və sənədlərin qəbulu
22.10. Gömrük anbarlarının,
müvəqqəti saxlanc anbarlarının, sərbəst
anbarların təsis edilməsinə xüsusi razılıq
(lisenziya) verilməsi üçün müraciətin və sənədlərin
qəbulu
22.11. Vətəndaşlardan
Dövlət Gömrük Komitəsinə daxil olan
sorğu və məktubların icrasının müraciət
edənlər tərəfindən onlayn izlənilməsi
23. Azərbaycan
Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi
23.1.
Kartoqrafiya fəaliyyəti üzrə xüsusi
razılıq (lisenziya) verilməsi üçün müraciətin
və sənədlərin qəbulu
23.2.
Torpaq kadastr məlumatları barədə
arayışların verilməsi üçün müraciətin
və sənədlərin qəbulu
23.3. Torpaq kadastr məlumatlarının
hazırlanması və kadastr xidmətlərinin göstərilməsi
üçün müraciətin və sənədlərin qəbulu
23.4.
Geodeziya, qravimetriya, fotoqrammetriya, topoqrafiya, mühəndis-geodeziya
işlərinin həyata keçirilməsi üçün
müraciətin və sənədlərin qəbulu
23.5. Müxtəliftəyinatlı xəritə
və atlasların tərtibatı və nəşri
üçün müraciətin və sənədlərin qəbulu
23.6.
Yerquruluşu işlərinin, torpaq və geobotaniki tədqiqatların
aparılması, bonitirovka xəritələrinin
hazırlanması üçün müraciətin və sənədlərin
qəbulu
23.7.
Torpaq kadastr xəritələrinin və CİS
üçün baza xəritələrinin tərtibi ilə əlaqədar
müraciətin və sənədlərin qəbulu
23.8. Ərazi vahidlərinin və inzibati ərazi
dairələrinin xəritələrinin hazırlanması
üçün müraciətin və sənədlərin qəbulu
23.9. Bələdiyyələrin
xəritələrinin hazırlanması üçün
müraciətin və sənədlərin qəbulu
24. Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi
24.1.
Daşınmaz Əmlakın Dövlət Reyestrindən
məlumatların verilməsi üçün müraciətin
və sənədlərin qəbulu
24.2.
Daşınmaz əmlak obyektləri barədə kadastr məlumatlarının
hazırlanması və kadastr xidmətlərinin göstərilməsi
üçün müraciətin və sənədlərin qəbulu
24.3. Daşınmaz əmlak obyektlərinə
ünvanların verilməsi və ünvan reyestri məlumat
bazasından arayışların, ünvan xəritələrindən
çıxarışların, digər ünvan məlumatlarının
verilməsi üçün
müraciətin
və sənədlərin qəbulu
24.4.
Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik
hüququ əsasında dövlət mülkiyyətinə
keçən əmlakların satışı
24.5. Dövlət əmlakının
qorunub saxlanılması və ondan istifadə edilməsi vəziyyəti
haqqında xüsusi hesabat formasının təqdim
olunması
24.6.
Daşınmaz əmlaka dair
çıxarışların verilməsi üçün
müraciətin və sənədlərin qəbulu
25. Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi
25.1.
Ölkələrarası övladlığa
götürmə üçün müraciətin və sənədlərin
qəbulu
25.2. Ölkədaxili övladlığa
götürmə ilə bağlı məlumatların verilməsi
26. Azərbaycan
Respublikasının Dövlət Statistika Komitəsi
26.1. Rəsmi
statistik hesabatların təqdim edilməsi
26.2.
Statistik məlumatların buraxılış təqviminin
və mətbu məlumatların yayım təqviminin təqdim
edilməsi
26.3. Statistik məlumatların (göstəricilərin)
verilməsi
26.4. Statistik nəşrlərin
(kitabların) onlayn satışı
26.5.
Statistik məlumatların verilməsi qaydalarının
pozulmasına görə inzibati cərimələrin internet
vasitəsilə ödənilməsi
27. Azərbaycan
Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi
27.1. Dini
qurumların dövlət qeydiyyatına alınması
üçün müraciətin və sənədlərin qəbulu
27.2. Dini təyinatlı ədəbiyyatın,
əşyaların və dini məzmunlu başqa məlumat
materiallarının satışı üzrə
ixtisaslaşdırılmış satış məntəqələrinin
yaradılması ilə əlaqədar razılığın
verilməsi
üçün müraciətin və sənədlərin
qəbulu
27.3. Dini ibadət yerinin tikintisinin və
mövcud dini ibadət yerinin yenidən qurulmasının (bərpasının,
əsaslı təmirinin) məqsədəuyğunluğu barədə
rəy verilməsi üçün müraciətin və
sənədlərin
qəbulu
27.4. Dini təyinatlı ədəbiyyatın,
əşyaların
və dini məzmunlu başqa məlumat
materiallarının istehsal, idxal, ixrac edilməsinə, habelə
sərbəst yayılmasına razılığın verilməsi
üçün müraciətin
və sənədlərin qəbulu
27.5. Dini
tədris müəssisələrinin fəaliyyətinə
xüsusi razılığın (lisenziyanın) verilməsi
üçün rəy bildirilməsinə dair müraciətin
və sənədlərin qəbulu
28. Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsi
28.1.
Xaricdə yaşayan azərbaycanlıların müraciətlərinin
qəbulu
29. Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi
29.1.
Sınaq və ya kalibrləmə laboratoriyasının
akkreditasiyası üçün müraciətin və sənədlərin
qəbulu
29.2.
Sertifikatlaşdırma və ya inspeksiya orqanının
akkreditasiyası üçün müraciətin və sənədlərin
qəbulu
29.3. Xarici ölkənin milli
orqanının və ya beynəlxalq təşkilatın Azərbaycan
Respublikasının ərazisində sertifikatlaşdırma sahəsində
fəaliyyətinin razılaşdırılması haqqında
attestatın
verilməsi üçün
müraciətin və sənədlərin qəbulu
29.4. Apellyasiya şurasına etirazın
(ərizənin) verilməsi
29.5. Əmtəə
nişanının və ya coğrafi göstəricinin
dövlət reyestrində qeydiyyatı üçün
müraciətin və sənədlərin qəbulu
29.6.
İxtiranın, faydalı modelin, sənaye nümunəsinin,
əmtəə nişanının və ya coğrafi göstəricinin
reyestr məlumatlarından çıxarış verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
29.7. Lisenziya müqavilələrinin
dövlət reyestrində qeydiyyatı üçün
müraciətin və sənədlərin qəbulu
29.8.
İxtiraya, faydalı modelə və ya sənaye
nümunəsinə patent verilməsi üçün
müraciətin və sənədlərin qəbulu
29.9. Əmtəə
nişanına dair hüquqların verilməsi barədə
müqavilələrin dövlət reyestrində qeydiyyatı
üçün müraciətin və sənədlərin qəbulu
29.10. Texniki reqlamentlər, standartlar və
keyfiyyətin qiymətləndirilməsi prosedurlarına dair
sorğuların onlayn təqdim edilməsi
29.11. Standartlaşdırma sahəsində
normativ sənədlərin qeydiyyatı və onlarda dəyişiklik
aparılması üçün müraciətin və sənədlərin
qəbulu
29.12. Ölçmə vasitələrinin
tipinin təsdiq edilməsi haqqında sertifikatın verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
29.13. Cərimələrin internet vasitəsilə
ödənilməsi
30. Azərbaycan
Respublikasının Dövlət Sosial Müdafiə Fondu
30.1. Sığortaedənin (hüquqi
şəxs) onlayn uçota alınması
30.2.
Sığortaedənin (fiziki şəxs) onlayn uçota
alınması
30.3. Ailə
kəndli təsərrüfatının onlayn uçota
alınması
30.4. Kənd
təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin
onlayn uçota alınması
30.5. Sığortaolunanın
onlayn uçota alınması
30.6. Bankda
və ya digər kredit təşkilatında hesabın
açılması üçün sığortaedənə
şəhadətnamənin verilməsi ilə bağlı
müraciətin və sənədlərin qəbulu
30.7. Məcburi
dövlət sosial sığortası üzrə
hesabatların təqdim edilməsi
30.8. Məcburi
dövlət sosial sığorta haqqı üzrə
sığortaolunanlar haqqında məlumatın təqdim edilməsi
30.9. Əmək
şəraitinə görə güzəştli əmək
stajı hesablanan işçilərin siyahısının təqdim
edilməsi
30.10. Məcburi dövlət sosial
sığorta haqqı üzrə borcu barədə
arayışın sığortaedənə verilməsi
30.11. Şəxsi hesab vərəqəsindən
çıxarışın sığortaedənə verilməsi
30.12. Üzləşmə
aktlarının sığortaedənə verilməsi
30.13. Növbəti səyyar yoxlamanın
keçirilməsinin vaxtının dəyişdirilməsi
üçün müraciətin qəbulu
30.14. Növbədənkənar səyyar
yoxlamanın keçirilməsi üçün müraciətin
qəbulu
30.15. Dövlət sosial sığorta
şəhadətnaməsinin dəyişdirilməsi və ya
dublikatının verilməsi üçün müraciətin
qəbulu
30.16. Əmək qabiliyyətinin müvəqqəti
itirilməsinə görə müavinətlə bağlı
haqq-hesab cədvəlinin təqdim edilməsi
30.17.
Hamiləliyə və doğuma görə müavinətlə
bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi
30.18.
Uşağın anadan olmasına görə müavinətlə
bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi
30.19.
Uşağın üç yaş tamam olanadək ona
qulluq etməyə
görə müavinətlə bağlı
haqq-hesab cədvəlinin təqdim edilməsi
30.20.
Sığortaolunanlara məlumatların verilməsi
30.21. Pensiya kalkulyatoru
30.22.
Pensiya təyinatının və pensiya
növünün dəyişdirilməsi üçün
müraciətin və sənədlərin qəbulu
30.23.
Pensiyaçıya məlumatların verilməsi
30.24. Məcburi
dövlət sosial sığorta vəsaitlərinin onlayn
ödənilməsi
30.25. Dəfn
üçün müavinətin ödənilməsi ilə
bağlı müraciətin və sənədlərin qəbulu
31. Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiya
31.1. Dövlət
qulluğuna qəbul üzrə qeydiyyat üçün
müraciətin və sənədlərin qəbulu
31.2. Müsabiqə
və müsahibə nəticələri barədə məlumatların
verilməsi
31.3. Dövlət
qulluqçularının reyestrindən məlumatların
verilməsi
31.4. Dövlət
orqanlarına ehtiyat kadrlar barədə müvafiq məlumatların
verilməsi
31.5. Dövlət qulluğu stajı
kalkulyatoru
31.6. Onlayn
sınaq test imtahanlarının keçirilməsi
31.7. Dövlət
qulluqçularının etik davranış qaydalarına riayət
etməsi barədə müraciətlərin qəbulu
32. Azərbaycan
Respublikasının Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası (TQDK)
32.1.
Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin
(rezidenturaya sənəd verənlər) ərizələrinin
onlayn qəbulu
32.2. Namizədlərə imtahana
buraxılış vərəqələrinin internet vasitəsilə
verilməsi
32.3.
Namizədlərin elektron ixtisas seçimi ərizələrinin
onlayn qəbulu
32.4.
Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri
haqqında məlumatların internet və ya qısa mesaj (SMS)
vasitəsilə verilməsi
32.5.
Namizədlərə onların cavab kartlarının
qrafik təsvirlərinin internet vasitəsilə verilməsi
32.6.
Bakalavrların bakalavr pilləsinə qəbul olmaq
üçün təqdim etdikləri ərizələrin
iş nömrələrinin axtarışı
32.7.
Sınaq imtahanına yazılış
32.8.
Onlayn sınaq imtahanının keçirilməsi
32.9.
İnternetdə video mühazirələr
32.10. TQDK-nın virtual ödəmə
kartlarının onlayn və qısa mesaj (SMS) vasitəsilə
satışı
32.11. TQDK nəşrlərinin və
onların elektron versiyalarının onlayn satışı
32.12. TQDK-nın yenilikləri barədə
SMS məlumatlandırma
33. Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti
33.1. Azərbaycan
Respublikasında müvəqqəti olma müddətinin
uzadılması üçün
müraciətin və sənədlərin qəbulu
33.2. Azərbaycan
Respublikasında müvəqqəti yaşamaq
üçün icazənin alınması üçün
müraciətin və sənədlərin qəbulu
33.3. Azərbaycan
Respublikasında daimi yaşamaq məqsədi ilə (immiqrant
statusu almaq üçün) icazənin alınması
üçün müraciətin və sənədlərin qəbulu
33.4. Əcnəbinin Azərbaycan
Respublikasının ərazisində haqqı ödənilən
əmək fəaliyyətini həyata keçirməsi məqsədi
ilə fərdi icazənin alınması üçün
müraciətin və sənədlərin qəbulu
33.5. Əcnəbinin
Azərbaycan Respublikasının ərazisində haqqı
ödənilən əmək fəaliyyətini həyata
keçirməsi məqsədi ilə fərdi icazənin
müddətinin uzadılması üçün müraciətin
və
sənədlərin qəbulu
33.6. Azərbaycan
Respublikası vətəndaşlığının əldə
edilməsi üçün müraciətin və sənədlərin
qəbulu
33.7. Azərbaycan
Respublikası vətəndaşlığının bərpa
edilməsi üçün müraciətin və sənədlərin
qəbulu
33.8. Azərbaycan
Respublikasının vətəndaşlığından
çıxmaq üçün müraciətin və sənədlərin
qəbulu
33.9. Miqrasiya
orqanlarında qulluğa qəbul olunmaq üçün
müraciətin və sənədlərin qəbulu
33.10. Cərimələrin internet vasitəsilə ödənilməsi
34. Azərbaycan
Respublikasının Dövlət Sərhəd Xidməti
34.1. Azərbaycan
Respublikasının Dövlət Sərhəd Xidmətinə
qəbul olmaq üçün müraciətin və sənədlərin
qəbulu
34.2. Azərbaycan
Respublikasının Dövlət Sərhəd Xidmətinin
Akademiyasına qəbul olmaq üçün müraciətin
və sənədlərin qəbulu
35. Azərbaycan Respublikasının Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti
35.1. Hərbi
xidmətkeçmə haqqında arayışın verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
35.2. Arxiv
arayışlarının verilməsi üçün
müraciətin və sənədlərin qəbulu
35.3. İtirilmiş hərbi biletlərin
(ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin)
əvəzinə yenisinin verilməsi üçün
müraciətin və sənədlərin qəbulu
35.4. Çağırışçılara
müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi
hissədə keçmələri barədə məlumatların
internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi
35.5. Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə
(işə) qəbulla əlaqədar müraciətin və sənədlərin
qəbulu
36. Azərbaycan
Respublikasının Müəllif Hüquqları Agentliyi
36.1.
Müəlliflik hüququ obyektinin qeydiyyatı
üçün müraciətin və sənədlərin qəbulu
36.2. Əlaqəli
hüquqlar obyektinin qeydiyyatı üçün
müraciətin və sənədlərin qəbulu
36.3.
Müəlliflik hüququ ilə qorunan məlumat
toplularının qeydiyyatı üçün müraciətin
və sənədlərin qəbulu
36.4.
Xüsusi qorunma hüququ ilə qorunan məlumat
toplularının qeydiyyatı üçün müraciətin
və sənədlərin qəbulu
36.5.
İnteqral sxem topologiyalarının dövlət qeydiyyatı
üçün müraciətin və sənədlərin qəbulu
37. Azərbaycan
Respublikasının Satınalmalar üzrə Dövlət
Agentliyi
37.1. Keçirilməsi
nəzərdə tutulan dövlət satınalmalarına dair
məlumatların verilməsi
37.2.
Keçirilmiş müsabiqələr və qalib
malgöndərən (podratçı) haqqında məlumatların
verilməsi
37.3.
Xarici ölkələrdə keçirilən dövlət
satınalmalarına dair məlumatların verilməsi
38. Azərbaycan
Respublikasının Dövlət Mülki Aviasiya
Administrasiyası
38.1. Azərbaycan
Respublikasından və ya Azərbaycan Respublikasına
uçuşların yerinə yetirilməsi üçün
icazələrin verilməsi ilə bağlı müraciətin
və sənədlərin qəbulu
38.2. Hava
nəqliyyatı ilə sərnişin və yük
daşımalarının həyata keçirilməsi
üçün xüsusi razılığın
(lisenziyanın) verilməsi ilə bağlı müraciətin
və sənədlərin qəbulu
38.3. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin “İxrac
nəzarəti haqqında” 2005-ci il 15 dekabr tarixli 230 nömrəli
qərarına əsasən ixrac nəzarətinə
düşən mallar (işlər, xidmətlər, əqli
fəaliyyətin
nəticələri) üzrə xüsusi icazələrin
verilməsi üçün müraciətin və sənədlərin
qəbulu
39. Azərbaycan
Respublikasının Dövlət Dəniz Administrasiyası
39.1. Dənizçinin şəxsiyyət
sənədinin və dənizçinin qeyd
kitabçasının verilməsi üçün müraciətin
və sənədlərin qəbulu
39.2. Dənizçilərə
sertifikatların (diplomların) verilməsi üçün
müraciətin və sənədlərin qəbulu
39.3. Sertifikatın
(diplomun) Azərbaycan Respublikasının Dövlət Dəniz
Administrasiyası tərəfindən tanınması
haqqında təsdiqnamənin verilməsi üçün
müraciətin və sənədlərin qəbulu
39.4. Azərbaycan
Respublikasının Dövlət bayrağı altında
üzmək hüququ haqqında şəhadətnamənin
verilməsi üçün müraciətin və sənədlərin
qəbulu
39.5. Gəmiyə
mülkiyyət hüququ haqqında şəhadətnamənin
verilməsi üçün müraciətin və sənədlərin
qəbulu
39.6. Su
nəqliyyatı ilə yük və sərnişin
daşınmasına xüsusi razılığın
(lisenziyanın) verilməsi üçün müraciətin və
sənədlərin qəbulu
39.7. Gəminin
“Gəmi və liman vasitələrinin mühafizəsi
haqqında Beynəlxalq Məcəllə”nin
tələblərinə uyğunluğu haqqında şəhadətnamənin
verilməsi üçün müraciətin və sənədlərin
qəbulu
39.8. Limanın
(liman məntəqəsinin) “Gəmi və liman vasitələrinin
mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğunluğu
haqqında şəhadətnamənin verilməsi
üçün
müraciətin və sənədlərin
qəbulu
39.9. “Gəmi
Tarixinin Fasiləsiz Qeydləri” (GTFQ) sənədinin verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
39.10. Dənizçilik şirkətinin “Əmniyyətli
İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğunluğu
haqqında şəhadətnamənin verilməsi
üçün müraciətin və sənədlərin qəbulu
39.11. Gəminin “Əmniyyətli İdarəetmə
haqqında Beynəlxalq Məcəllə”nin
tələblərinə uyğunluğu haqqında şəhadətnamənin
verilməsi üçün müraciətin və sənədlərin
qəbulu
39.12. Neftlə çirklənmədən
yaranan zərərə görə mülki məsuliyyətin
maliyyə təminatı haqqında şəhadətnamənin
verilməsi üçün müraciətin və sənədlərin
qəbulu
39.13. Bunker yanacağı ilə
çirklənmə nəticəsində vurulan zərərə
görə mülki məsuliyyətlə bağlı
sığorta və ya digər maliyyə təminatı
haqqında sertifikatın verilməsi üçün
müraciətin və
sənədlərin
qəbulu
39.14. Minimum heyət tərkibi haqqında
şəhadətnamənin verilməsi üçün
müraciətin və sənədlərin qəbulu
39.15. Azərbaycan Respublikasının
Dövlət Gəmi Reyestrində qeydiyyatda olan gəmiyə çıxarışın verilməsi üçün
müraciətin və sənədlərin qəbulu
39.16. Azərbaycan Respublikasının
Berbout-çarter Reyestrində qeydiyyatda olan gəmiyə çıxarışın verilməsi üçün
müraciətin və sənədlərin qəbulu
39.17. Azərbaycan Respublikasının
Dövlət Gəmi Reyestrində qeydiyyatda olan gəminin
qeydiyyatdan çıxarılması haqqında arayışın verilməsi üçün
müraciətin və sənədlərin qəbulu
39.18. Azərbaycan Respublikasının
Berbout-çarter Reyestrində qeydiyyatda olan gəminin
qeydiyyatdan çıxarılması haqqında
arayışın verilməsi üçün müraciətin
və sənədlərin qəbulu
40. Azərbaycan
Respublikasının Milli Arxiv İdarəsi
40.1. Arxiv
arayışlarının, arxiv sənədlərindən
çıxarışların, arxiv sənədlərinin surətlərinin
verilməsi üçün müraciətin və sənədlərin
qəbulu
40.2. Elmi tədqiqat və digər məqsədlərlə
arxiv sənədlərindən istifadə edilməsi
üçün müraciətin və sənədlərin qəbulu
Azərbaycan.-2012.- 20 oktyabr.- S.6-8.