Regionların inkişafı hər bir sahədə özünü göstərir

 

 Prezident İlham Əliyevin bölgələrə səfəri bir daha göstərdi ki, Azərbaycanın tərəqqisi çoxşaxəlidir

 

Sonuncu rübünü yaşadığımız 2012-ci il qarşıda duran sosial və iqtisadi vəzifələrin icra edilməsi, nəzərdə tutulmuş proqramların icrası baxımından respublikamız üçün uğurlarla zəngindir. Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyev dühasından qaynaqlanan, elmi əsaslara və liberal iqtisadiyyat prinsiplərinə söykənən, insan amilini əsas götürən çevik siyasəti nəticəsində ölkəmiz qədəm qoyduğu keyfiyyətcə yeni inkişaf mərhələsində inamla irəliləmiş, mürəkkəb beynəlxalq iqtisadi mühitdə baş verən kataklizmlərə rəğmən yeni uğurlar əldə etmişdir.

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının girişyekun nitqlərində respublikamızdakı iqtisadisiyasi vəziyyət dərindən təhlil edilmiş, əldə edilmiş uğurlar qiymətləndirilmiş, qarşıda duran vəzifələr və onların həlli yolları dəqiq müəyyən edilmişdir. Dövlət başçısının bildirdiyi kimi, ölkəmizin uğurlu inkişafı davam etmişdir: "Ölkə iqtisadiyyatı uğurla inkişaf edirdoqquz ayın yekunları bunu bir daha əyani şəkildə göstərir. Bütün makroiqtisadi göstəricilərimiz yüksək səviyyədədir, iqtisadiyyatımız doqquz ayda 1,1 faiz artmışdır. Ancaq qeyri-neft iqtisadiyyatımız 10,3 faiz artmışdır. Son aylar və illər ərzində bu, ən vacib göstəricidir. Çünki məqsədimiz məhz ondan ibarətdir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin. Əlbəttə, qeyri-neft iqtisadiyyatının inkişafı imkan verəcəkdir ki, gələcəkdə Azərbaycan neft-qaz amilindən asılılığını böyük dərəcədə aşağı endirə bilsin. Bütün bölgələrdə quruculuq-abadlıq işləri aparılır. Yeni sənaye müəssisələri yaradılır. Əminəm ki, qeyri-neft iqtisadiyyatımız ilin sonuna qədər yüksək səviyyədə qalacaq, eyni zamanda, bu, bizə imkan verəcəkdir ki, gələn iliqtisadi sahədə şaxələndirmə siyasətimiz uğurla davam etdirilsin".

Ölkədə qazanılan sosial-iqtisadi uğurlarda Azərbaycanın regionlarının da öz payı var. 2004-cü ildən başlanan regional inkişaf proqramlarının uğurla icrası nəticəsində Azərbaycanın bütün bölgələrinin tarazlı inkişafı təmin edilib. Həmçinin Azərbaycanda qeyri-neft sektoru yüksəliş dövrünə qədəm qoyub. Bütün bölgələrdə yeni istehsal və xidmət müəssisələri fəaliyyətə başlayıb, əsaslı quruculuq və abadlıq işlərinə start verilib. Regional inkişaf proqramları sosial sahədə qarşıda duran problemlərin də həllində mühüm rol oynayır. Yeni müəssisələrin yaradılması tarazlı inkişafla bərabər, əhalinin məşğulluq problemlərinin yoluna qoyulması və yeni yerlərinin açılması ilə müşayiət edilir. Dövlət proqramları çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qazsu ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, sosial vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Son illərdə Azərbaycanın bölgələri sürətli inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Tərtər, Bərdə, Yevlax və Zərdab rayonlarına səfəri göstərdi ki, ölkəmizdə neftdən asılı olmayan güclü iqtisadiyyatın formalaşdırılması prosesi uğurla reallaşır, yeni infrastruktur formalaşır, bütövlükdə dövlətin hər bir sahədə həyata keçirdiyi siyasət öz bəhrəsini verir.

Xatırladaq ki, Prezident İlham Əliyev bundan əvvəl 2004-cü ilin iyun, 2007-ci ilin oktyabr, 2009-cu ilin mart, 2010-cu ilin oktyabrnoyabr aylarında Yevlax, 2004-cü ilin sentyabr, 2006 və 2009-cu ilin mart aylarında Bərdə, 2006-cı ilin mart ayında Tərtər, 2006-cı ilin iyun, 2011-ci ilin may aylarında Zərdab rayonlarında səfərdə olub. Ölkə başçısı regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində görülən işlərlə tanış olub, müəssisələrin açılışında, təməlqoyma mərasimlərində iştirak edib. Prezident İlham Əliyevin hər səfəri bu rayonların həyatında mühüm yeniliklərlə yadda qalıb, sakinlərin xatirəsində silinməz xoş izlər buraxıb.

Bu rayonlara son səfəri zamanı ilk olaraq Yevlax-Xocalı-Laçın avtomobil yolunun Yevlax-Bərdə sahəsinin tikintisi başa çatmış 29 kilometrlik hissəsinin açılışında iştirak edən Prezident İlham Əliyev daha sonra Tərtər rayonunda Dövlət Bayrağı Meydanında yaradılan şəraitlə tanış olub, Gənclər Mərkəzinin, yenidənqurmadan sonra istifadəyə verilən Heydər Parkının və buradakı Heydər Əliyev Mərkəzinin, süd emalı zavodunun açılışında iştirak edib.

Bərdə rayonunun mərkəzində Prezident İlham Əliyevin iştirakı ilə Qəhrəmanlar Parkının və  çörək istehsalı müəssisəsinin açılış mərasimləri keçirilib. Dövlət başçısı, həmçinin Bayraq Meydanında, əsaslı surətdə yenidən qurulmuş mərkəzi istirahət parkında və Nüşabə Parkında yaradılmış şəraitlə tanış olub.

Yevlaxda isə Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Yevlax şəhərində inşa olunmuş məhdud fiziki imkanlı insanlar üçün Regional İnformasiya Mərkəzinin, Səməd Vurğun adına Mədəniyyət və İstirahət Parkının, Dövlət Sərhəd Xidmətinin Yevlaxdakı "N" saylı yeni hərbi hissəsinin qarnizonu və yaşayış binaları kompleksinin açılışında iştirak edib, Kür çayının sahilində salınan "Bulvar" istirahət mərkəzində aparılan tikinti və yenidənqurma işləri ilə tanış olub.

Zərdab rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının yeni inzibati binasının, Gənclər Mərkəzinin və Küllülü-Zərdab magistral su kəmərinin açılışında iştirak edib.

Ümumiyyətlə, Prezident İlham Əliyevin Tərtər, Bərdə, Yevlax və Zərdab rayonlarına səfəri bir daha göstərdi ki, Azərbaycanın inkişafı çoxşaxəlidir və konkret istiqamətlər üzrə məhdudlaşmır. Buraya sahibkarlığın inkişafına dəstək verməklə yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, aqrar istehsalın stimullaşdırılması, işsizliyin aradan qaldırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, mənalı istirahətinin təşkili, gənclər siyasətinin uğurla gerçəkləşməsi, bölgələrdə hər bir sahə üzrə mükəmməl infrastrukturun yaradılması və digər məsələlər daxildir.

Küllülü-Zərdab magistral su kəmərinin açılışı mərasimində Prezident İlham Əliyev ölkəmizin iqtisadisosial göstəriciləri barədə deyib: "Mən əminəm ki, ilin sonuna qədər iqtisadisosial göstəricilərimiz müsbət olacaq və 2012-ci ilibiz uğurla başa vuracağıq. Ondan sonrakı dövr üçünbizim konkret proqramlarımız vardır. 2004-cü ildə birinci regionların sosial-iqtisadi inkişafı proqramının icrası nəticəsində böyük işlər görülmüşdür. Artıq ikinci proqram icra edilir, o da gələn ilin sonuna qədər başa çatacaqdır. Bu proqramın icrası nəticəsində əsas infrastruktur, sosial məsələlər öz həllini tapacaqdır. Ondan sonrakı dövr üçünbizim konkret konsepsiyamız, baxışlarımız vardır. "Azərbaycan-2020" strateji inkişaf planımız vardır. 2020-ci ilə qədər görüləsi işlər haqqında bizdə çox dəqiq təəssürat vardır və bu proqram üzərində işlər gedir. Biz öz işimizi planlaşdırırıq, proqnozlaşdırırıq. Hər şey plan üzrə gedir - istər xarici siyasətlə, istər daxili siyasətlə bağlı. İqtisadiinfrastruktur layihələrinin icrası bizim işimizin mühüm hissəsidir".

Azərbaycanın regionlarının inkişafı hər sahədə özünü göstərir. Prezident İlham Əliyevin iştirakı ilə Tərtər, Bərdə, Yevlax və Zərdabda müxtəlif təyinatı obyektlərin istifadəyə verilməsi isə bu rayonların timsalında bütövlukdə ölkəmizin dinamik inkişafquruculuq yolunda olduğunu nümayiş etdirir. Əlbəttə, əldə edilən nailiyyətlər davamlı olacaq və Azərbaycanın bölgələri quruculuğun yeni ünvanları ilə zənginləşəcək.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2012.- 20 oktyabr.- S. 4.