Bakıda Azərbaycan və Avstriyanın turizm imkanlarına həsr olunmuş konfrans keçirilmişdir

 

 Oktyabrın 19-da Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) təşkilatçılığı ilə Azərbaycan və Avstriyanın turizm imkanlarına həsr olunmuş "Dostluq konfransı" keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə hər iki ölkə tərəfindən rəsmi şəxslərlə yanaşı, turizm, logistika, tikinti və memarlıq sahəsində fəaliyyət göstərən adamları iştirak etmişlər.

Konfransın keçirilməsində məqsəd hər iki ölkənin mövcud turizm imkanlarının təqdim olunması, bu sahədə perspektiv layihələrin və adamları arasında əlaqələrin genişləndirilməsi imkanlarının müzakirə edilməsidir.

Tədbirdə çıxış edən ATAZ-ın Fəxri Şurasının sədri Peter Şieder iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də turizm sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat vermiş, Avstriya və Azərbaycanın geniş turizm imkanlarına malik olduğunubu potensialdan səmərəli istifadənin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyini qeyd etmişdir. Peter Şieder turizmin inkişafında təcrübə mübadiləsinin əhəmiyyətini diqqətə çatdırmış, Azərbaycanın qonaqpərvərliyini xüsusi vurğulamışdır.

Konfransda mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxış edərək Azərbaycanın zəngin turizm imkanlarına malik olduğunu, bu sahənin inkişafına böyük diqqət yetirildiyini, dövlət başçısı tərəfindən 2011-ci ilin "Turizm ili" elan olunduğunu vurğulamış, ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi, regionlarda və Bakıda yeni, müasir standartlara cavab verən mehmanxanaların istifadəyə verilməsinin və bu kimi digər tədbirlərin Azərbaycanın turizm ölkəsinə çevrilməsində xüsusi əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Sonra çıxış edən Avstriyanın ölkəmizdəki səfiri xanım Silviya Mayer Kaybiç Azərbaycan-Avstriya əməkdaşlığından, o cümlədən turizm sahəsindəki əlaqələrdən danışmışdır.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda aparılan uğurlu siyasətin nəticəsi olaraq, iqtisadiyyatın bütün sahələrinin, o cümlədən turizm sektorunun inkişafını vurğulamış, əlverişli biznesinvestisiya mühitinin yaradıldığını qeyd etmiş, bu sahədə investisiya imkanlarını diqqətə çatdırmışdır.

Tədbirdə Azərbaycan və Avstriyanın turizm imkanlarına dair filmlər nümayiş olunmuşdur.

Konfrans çərçivəsində keçirilən sessiyalarda hər iki ölkənin turizm imkanları, bu sahədə həyata keçirilən layihələr, Avstriyanın turizm sahəsindəki təcrübəsi, idman və mədəniyyət tədbirlərinin turizm sektorunun təbliğindəki rolu, turizm sahəsində kadrların hazırlanması və s. barədə müzakirələr aparılmışdır.

 

 

Azərbaycan.-2012.- 20 oktyabr.- S. 4.