Ermənistanın təcavüzkar siyasəti Qafqaz regionunun Avropaya Avratlantik məkanına inteqrasiyasına əsas maneədir

 

 Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində Xarici Siyasət Məsələləri üzrə Alman Cəmiyyətində təşkil olunmuş bu ölkənin dövlət hökumət nümayəndələrinin qatıldığı tədbirdə iştirak etmişdir.

Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, tədbirdə çıxış edən Almaniyanın sabiq xarici işlər naziri Hans-Ditrix Genşer  Elmar Məmmədyarovun səfərini yüksək qiymətləndirmiş bunun ölkələrimiz arasında əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə etmişdir.

H.Genşer Almaniya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasından ötən 20 il ərzində ölkələrimiz arasında əlaqələrin intensiv şəkildə inkişaf etdiyini vurğulamışdır. Sabiq nazir bu münasibətlərin yalnız iqtisadiyyat deyil, digər sahələri əhatə etdiyini diqqətə çatdırmışdır. O, Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.

Almaniyalı diplomat Azərbaycanı Cənubi Qafqaz regionunda sabitliyi təmin edən ölkə kimi xarakterizə etmiş, regional enerji nəqliyyat layihələrinin uğurla həyata keçirilməsində respublikamızın rolunu yüksək qiymətləndirmişdir.

H.Genşer, eyni zamanda Azərbaycan ilə Almaniya, həmçinin Avropa İttifaqı arasında münasibətlərin daha da genişləndirilməsinin, onların məhz strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmasının vacibliyini vurğulamışdır.

E.Məmmədyarov çıxışında Azərbaycanın makroiqtisadi göstəriciləri, eləcə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət barədə geniş məlumat vermiş respublikamızın əldə etdiyi uğurları tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Nazir ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulamış, bu istiqamətdə Azərbaycan hökuməti tərəfindən atılan addımlar qarşılıqlı həyata keçirilən layihələr barədə məlumat vermişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan E.Məmmədyarov Qafqaz regionunun Avropaya Avratlantik məkanına inteqrasiyasına əsas maneə kimi Ermənistanın təcavüzkar siyasətini göstərmişdir. Nazir vurğulamışdır ki, bu münaqişə yalnız beynəlxalq hüququn normaları prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.  E.Məmmədyarov Avropa İttifaqını beynəlxalq hüququn normalarına prinsiplərinə əsaslanan ədalətli mövqe nümayiş etdirməyə çağırmışdır.

Nazir, həmçinin enerji sahəsində tərəflər arasında olan əməkdaşlıqdan danışmış, eləcə "Şərq tərəfdaşlığı" proqramı Avropa Qonşuluq Siyasəti çərçivəsində görülmüş işlər barədə məlumat vermişdir.

Azərbaycanın NATO ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edən E.Məmmədyarov ölkəmizin sülhyaratma əməliyyatlarına böyük töhfələr verdiyini demiş, həmçinin respublikamızın beynəlxalq regional miqyaslarda humanitar fəaliyyəti barədə məlumat vermişdir.

Almaniya Federativ Respublikasına ikigünlük rəsmi səfəri çərçivəsində E.Məmmədyarov, həmçinin "Süddeutsche Zeitung" qəzetinə müsahibə vermişdir.

 

 

Azərbaycan.-2012.- 21 oktyabr.- S. 1.