İqtisadi
strategiya xalqın rifah halının daha da
yaxşılaşdırılmasına yönəldilib
Əhalinin sosial müdafiəsinin
gücləndirilməsini hər zaman diqqət mərkəzində
saxlayan ölkə başçısı İlham Əliyev
hökumətin 2012-ci ilin 9 ayının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş geniş
toplantısında çıxış edərkən bu məsələləri
yenidən diqqətə çəkdi. Bildirdi ki, insanların daha
da yaxşı yaşaması, gəlirlərinin
artmasına dövlət dəstəyinin gücləndirilməsi
hökumətin siyasətinin əsas prioritetlərindəndir.
Bu bir həqiqətdir
ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə
müəyyənləşdirilən iqtisadi
inkişaf siyasəti 5-10 il
bundan öncə həyata keçirilməsi
mümkün olmayan sosial proqramları reallaşdırmağa imkan verir. Hökumətin
həyata keçirdiyi məqsədyönlü
iqtisadi strategiya
ölkənin siyasi və iqtisadi
sabitliyinə, hər sahədə möhkəmlənməsinə
əhəmiyyətli dərəcədə təsir edir. Ötən dövrdə Azərbaycan
iqtisadiyyatı 1,1 faiz, qeyri-neft
iqtisadiyyatı isə 10,3 faiz artıb.
Azərbaycanda inkişaf prosesi
sürətlə gedir, beynəlxalq maliyyə
institutları, əsas reytinq agentlikləri
ölkəmizin uğurlarını yüksək qiymətləndirir.
Ölkəmizin kredit reytinqi
artır. Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının icrası nəticəsində
indiyə qədər ölkədə 1 milyon
100 min iş yerinin açıldığını deyən
Prezident İlham Əliyev
keçən rübdə hər bir sahədə
ölkəmizin uğurlara imza
atdığını bildirdi. Beynəlxalq
arenada da ölkəmizin
nüfuzu artıb: "BMT TŞ-də Azərbaycanın
uğurları rəğbətlə qarşılanır. Qoşulma hərəkatına üzv
olan 120 ölkə də Azərbaycanın
ərazi bütövlüyünü dəstəkləyir.
Bununla da
dünyanın çox hissəsi
Dağlıq Qarabağ münaqişəsinin
həllini ərazi bütövlüyü
çərçivəsində görür".
Azərbaycanda inkişaf strategiyasının başlıca
istiqamətləri respublikanın mövcud
potensialından səmərəli istifadə etməklə yoxsul təbəqənin, işsizliyin
sayının minimuma endirilməsindən
ibarətdir. Zəngin valyuta sərvətlərinin
ölkəyə daxil olmasının fonunda bütün sosial təbəqələrin və sahələrin
inkişafının yüksək sıçrayışla
müşayiət olunması qaçılmazdır. Respublikanın maliyyə resurslarının və
büdcə gəlirlərinin əsas xərc istiqamətlərinə
diqqət yetirsək, görərik ki, vətəndaşların
rifah halının
yaxşılaşması, aztəminatlı ailələrin sosial müdafiə tədbirləri ilə əhatə
edilməsi, sosial sahədə mövcud olan problemlərin
aradan qaldırılması daim diqqət mərkəzindədir. Sosialyönümlü iqtisadiyyatı
respublikanın strateji inkişaf
və modernizasiya konsepsiyasının əsas
təməllərindən biri kimi qiymətləndirmək olar.
Son 20 il ərzində
əhalinin real gəlirləri 2,4 dəfə,
ölkə üzrə iqtisadiyyatla məşğul
olan işçilərin orta
aylıq əməkhaqqı nominal ifadədə 107 dəfə artıb.
Ötən il isə əhalinin pul gəlirlərində artım 20 faizə
çatıb. Minimum aylıq əməkhaqqının
məbləği 10, orta aylıq əməkhaqqı
isə 9,6 faiz artaraq analoji olaraq 93,5-359,3 manata yüksəlib. Cari ilin 9 ayının yekunlarına görə bu rəqəm 12 faiz
artım təşkil edib. Dünya
Bankının məlumatında deyilir ki, milli gəlirin əhatəli
bölgüsünə görə Azərbaycan inkişaf etmiş bir çox ölkəni
geridə qoyur.
Oktyabrın
10-da Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında
çıxış edən ölkə
başçısı İlham Əliyev
ölkəmizdə müşahidə olunan
inkişaf tendensiyasının əhalinin
yaşayış səviyyəsinə müsbət təsir etdiyini
vurğuladı və yeni neft
strategiyasının bugünkü uğurlara yol
açdığını da qeyd etdi. Qaz
resurslarımız da təkcə
"Şahdəniz"lə məhdudlaşmır. 2010-cu ildə
ARDNŞ-in daxili
imkanları hesabına "Ümid"
yatağı, 2011-ci ildə "Total"
və "Gaz de France" şirkətləri tərəfindən
"Abşeron" yatağı
aşkarlanıb.
İnkişafın
Azərbaycan modelinin daha
da zənginləşdirilməsi üçün dünya
bazarlarında yeni ünvanların əldə
olunmasını vacib hesab
edən Prezident ilk
növbədə alternativ variantların
seçiminə diqqətlə yanaşır.
Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təminatında
böyük imkanlara malik Xəzəryanı ölkələrin karbohidrogen ehtiyatlarından istifadə məsələlərinin
müzakirəsində regionda geosiyasi cəhətdən daha
əlverişli məkanda yerləşən Azərbaycana üstünlük verilməsi də siyasi cəhətdən sabit, sərmayələr
cəhətdən etibarlı imkanı olan
ölkəmizə maraqlardan irəli gəlir.
Prezidentin dediyi kimi, indi heç
bir beynəlxalq layihənin
reallaşması Azərbaycanın iştirakı olmadan mümkün deyil. Ölkəmiz tərəfindən irəli
sürülən layihələrin heç
birinin iflasa
uğramadığını, hər birinin
gözəl nəticələrlə
sonuclandığını bildirən dövlət başçısı TANAP layihəsinin
də əhəmiyyətindən danışaraq dedi ki, bu,
sırf Azərbaycan-Türkiyə layihəsidir. Pay bölgüsü 80 faiz Azərbaycan, 20 faiz
Türkiyə tərəfinə çatacaq:
"Bu bizə imkan
verəcək ki, öz
qaz resurslarımızı Türkiyəyə
və ondan sonra Avropaya daha böyük
həcmdə nəql edək. Beləliklə, biz
enerji siyasətimizdə əsas amil olan şaxələndirmə
məsələlərinə tam şəkildə
çatacağıq".
Respublikamızda
sosial-iqtisadi siyasətlə bağlı
islahatların keyfiyyətcə yeni mərhələ
üzrə inkişaf etdirilməsindən,
iqtisadiyyatda, insanların sosial
müdafiəsində müsbət meyillərin gücləndirilməsindən,
regionda və dünyada
baş verən proseslərin təhlil
olunmasının, öyrənilməsinin, milli
mənafe və dövlətçilik
baxımından tətbiqinin vacibliyindən bəhs edən Prezident dedi: "Bizim növbəti onilliklərlə də
bağlı planlarımız olduqca
aydındır".
Azərbaycan
2020-ci ilədək ümumi daxili məhsulun 2 dəfə
artırılmasını qarşıya məqsəd qoyub. Başlıca hədəf Azərbaycanı
inkişaf etmiş
ölkələr sırasına çıxarmaqdır. Məqsədlərə
nail olmaq üçün ciddi elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının
tətbiqi tələb edilir, strateji yanaşmaların daha
uzunmüddətli dövrü əhatə
etməsi zərurəti yaranır. Müşavirədə
diqqət bir daha sosial sahəyə çəkildi. Bildirildi ki, ölkədə
icra olunan
ünvanlı yardım proqramı hazırda 127 minə
yaxın ailəni əhatə edir. Hər
ailəyə isə ayda orta
hesabla 112 manat vəsait
ödənilir. Araşdırmalar göstərir
ki, ünvanlı yardım alan
ailələrin təxminən 40 faizinin
ailə tərkibində və əmlak vəziyyətində
yaxın illərdə onların bu növ dəstək almaq hüququna təsir edəcək dəyişikliklər
gözlənilmir. Ona görə də
belə ailələrə təyinat müddətinin iki, yaxud üç
ilədək uzadılması barədə aidiyyəti orqanlara təkliflər göndərilmişdir.
Mütərəqqi dünya təcrübəsi
əsasında icra olunan
"Özünədəstək" proqramı məhz müvafiq potensialı olan
aztəminatlı ailənin məşğulluğuna imkan yaratmaqla onun yoxsulluqdan
çıxmasına şərait yaradır. Proqramın
davamı kimi ölkəmizdə ilk dəfə olaraq Sosial Dəstək Fondunun
yaradılmasına, aztəminatlı ailələrə güzəştli
mikrokreditlərin verilməsi mexanizminin tətbiqinə hazırlıq işləri
aparılır. Bununla da
müəyyən potensiala malik
yoxsul ailələr şəxsi təsərrüfatlarını
inkişaf etdirmək imkanı qazanacaqlar.
Məlumat
verildi ki, indiyədək
5 minə yaxın mənzil tikilərək istifadəyə verilmişdir və növbədə dayanan bütün
müharibə əlilləri və şəhid ailələrinin
yaxın bir neçə ildə yeni mənzillə təmin olunmaları barədə
tapşırıqlara əməl olunacaq. Belə ki, cari ilin
sonunadək ölkənin müxtəlif bölgələrində
ümumilikdə 411 mənzil əlil və şəhid ailələrinə
təqdim olunacaq, yaxın aylarda
ayrı-ayrı bölgələrdə 510 mənzildən ibarət
binaların inşasına başlanılacaqdır.
"2011-2013-cü illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" həmin
yaşayış məntəqələrində yeni sosial müdafiə əhəmiyyətli
müəssisələrin də inşasına şərait
yaratmışdır. Ölkəmizin davamlı sosial-iqtisadi inkişafı demoqrafik
vəziyyətə də müsbət təsir göstərmişdir.
Yaşlı insanların sosial
vəziyyətinin daha da
yaxşılaşdırılması və onlara
dövlət qayğısının artırılması məqsədilə
növbəti dövlət proqramının hazırlanması
üçün müvafiq
tədbirlər görülməkdədir.
Dövlət başçısı bir
daha diqqəti bu məsələyə çəkərək
bildirdi ki, 9 ayda əhalinin pul gəlirləri 12 faiz, inflyasiya
isə cəmi 1,5 faiz artmışdır:
"Gördüyünüz kimi, inflyasiya ilə əhalinin
pul gəlirləri arasında 10 faiz fərq vardır və
hesab edirəm ki, Azərbaycan bu göstəricilərə
görə dünya miqyasında ən qabaqcıl yerlərdədir.
Bizim bütün iqtisadi təşəbbüslərimiz və
ümumiyyətlə, iqtisadi strategiyamız Azərbaycan
xalqının rifah halının
yaxşılaşdırılmasına yönəldilmişdir.
Biz bu istiqamətdə böyük nailiyyətlərə
çatmışıq və bu göstəricilər
görülən işlərin məntiqi nəticəsidir".
Rəsmiyyə
RZALI
Azərbaycan.-2012.-
21 oktyabr.- S. 1-4.