Bosniya və Herseqovinanın Rəyasət
Heyətinin Sədri Bakir
İzetbeqoviçin Azərbaycana rəsmi səfəri
başa çatmışdır
Bosniya və Herseqovinanın Rəyasət
Heyətinin Sədri Bakir İzetbeqoviçin Azərbaycan
Respublikasına rəsmi səfəri oktyabrın 20-də
başa çatmışdır.
Hər iki ölkənin dövlət
bayraqlarının dalğalandığı Heydər Əliyev
Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.
Bosniya və Herseqovinanın Rəyasət
Heyətinin Sədrini Azərbaycan Respublikası Baş
nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi
şəxslər yola saldılar.
Azərbaycan.-2012.-
21 oktyabr.- S. 4.