Azərbaycanın mədəniyyət
və turizm naziri Litvada iki ölkənin turizm sahəsində
əməkdaşlığının inkişafı məsələlərini
müzakirə etmişdir
Azərbaycanın
mədəniyyət və turizm naziri Əbülfəs Qrayev
Litvanın mədəniyyət
naziri Arunas Gelunasın dəvəti ilə bu ölkədə
işgüzar səfərdədir.
Azərbaycanın Litvadakı səfirliyindən
bildirmişlər ki, Ə.Qarayevin
litvalı həmkarı A.Gelunasla görüşündə
iki ölkə arasında mədəni əlaqələrin gələcək
inkişafı məsələləri müzakirə
edilmişdir.
Görüşdə Azərbaycan və
Litva arasında dostluq münasibətlərindən,
o cümlədən onların bir çox layihələrdə
birgə iştirakından məmnunluq ifadə edilmişdir.
Azərbaycan nümayəndə heyəti
yenidən qurulmaqda olan, gələcəkdə muzey kimi fəaliyyət
göstərəcək Litvanın Böyük Kral Sarayına
getmiş, orada aparılan bərpa işləri ilə
tanış olmuşdur.
Səfər çərçivəsində
Əbülfəs Qarayev Litva Milli İncəsənət
Qalereyasında Litva rəssamlarının əsərlərindən
ibarət sərgiyə
tamaşa etmişdir.
Görüşlərdə tarixi və
mədəni irsin hifz olunması sahəsində təcrübə
mübadiləsinin zəruri olduğu
vurğulanmışdır.
Sonra nazir Ə.Qarayev Azərbaycan səfirliyinin
təşəbbüsü ilə Litva Edukologiya Universitetində
açılacaq Nizami Mərkəzində aparılan işlərlə
tanış olmuşdur. Universitetin rektoru və rəhbərliyi
ilə görüş keçirilmişdir.
Azərbaycanın
mədəniyyət və turizm naziri səfər çərçivəsində
Litva Dövlət Turizm
Departamentinin direktoru Raymond Balniyene ilə görüşmüşdür. Görüşdə iki ölkənin
turizm sahəsində, o
cümlədən hər iki ölkədən
turistlərin səfərləri üçün
prosedur qaydalarının sadələşdirilməsi
sahəsində qarşılıqlı fəaliyyətinin gələcək
inkişafı məsələləri müzakirə edilmiş, əməkdaşlığın
davam etdirilməsinə dair
razılaşma əldə olunmuşdur.
Görüşlərdə Azərbaycanın
Litvadakı səfiri Həsən Məmmədzadə
iştirak etmişdir.
Nigar HÜSEYNOVA,
AzərTAc-ın xüsusi müxbiri
Azərbaycan.-2012.-
21 oktyabr.- S. 4.