Qobustan rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə
tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. On üç min nəfər
əhalinin yaşadığı 6 yaşayış məntəqəsini
birləşdirən Qobustan-Xilmilli avtomobil yolunun tikintisinin davam etdirilməsi
məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı
vəsait qoyuluşu xərclərinin
bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi
və yenidən qurulması üçün
nəzərdə tutulmuş vəsaitin
5,3 milyon (beş milyon üç yüz min) manatı Qobustan Rayon İcra Hakimiyyətinə
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə
tutulan məbləğdə maliyyələşməni
müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan
irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2012-ci il
Azərbaycan.-2012.-
20 oktyabr.- S. 1.