"Azərbaycan Respublikası Dövlət Dəniz
Administrasiyasının, dənizçilik təhsil müəssisələrinin,
gəmiçilik sahəsində fəaliyyət göstərən
və donanmaya malik olan müəssisə, təşkilat və
şirkətlərin işçilərinin və Azərbaycan
Respublikası bayrağı altında üzən mülki gəmilərin heyət
üzvlərinin xidməti geyim
formalarının və fərqlənmə
nişanlarının təsviri və onların təchizatına
dair Qaydalar"ın təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 noyabr tarixli 173 nömrəli
qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹ 242 Bakı
şəhəri, 22 oktyabr 2012-ci il
"Azərbaycan
Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2012-ci il 29 may tarixli 371-IVQD nömrəli
Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 6 iyul tarixli 669 nömrəli Fərmanının
1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA
ALIR:
1. "Azərbaycan Respublikası
Dövlət Dəniz Administrasiyasının, dənizçilik
təhsil müəssisələrinin, gəmiçilik sahəsində
fəaliyyət göstərən və donanmaya malik olan
müəssisə, təşkilat və şirkətlərin
işçilərinin və Azərbaycan Respublikası bayrağı
altında üzən mülki gəmilərin heyət üzvlərinin
xidməti geyim formalarının və fərqlənmə
nişanlarının təsviri və onların təchizatına
dair Qaydalar"ın təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 noyabr tarixli 173
nömrəli qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 11, maddə 934;
2010, ¹ 3, maddə 264; 2011, ¹ 8, maddə 786)
aşağıdakı dəyişikliklər edilsin:
1.1. adına və 1-ci hissəsinə
"bayrağı altında" sözlərindən əvvəl
"Dövlət" sözü əlavə edilsin;
1.2. həmin qərarla təsdiq
edilmiş "Azərbaycan Respublikası Dövlət Dəniz
Administrasiyasının, dənizçilik təhsil müəssisələrinin,
gəmiçilik sahəsində fəaliyyət göstərən
və donanmaya malik olan müəssisə, təşkilat və
şirkətlərin işçilərinin və Azərbaycan
Respublikası bayrağı altında üzən mülki gəmilərin
heyət üzvlərinin xidməti geyim formalarının və
fərqlənmə nişanlarının təsviri və
onların təchizatına dair Qaydalar"ın adına və
mətninə "bayrağı altında" sözlərindən
əvvəl "Dövlət" sözü əlavə
edilsin.
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2012.-
20 oktyabr.- S.1.