Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 noyabr tarixli 171
nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının ərazi sularında üzmə
Qaydaları"nda dəyişikliklər edilməsi
haqqında
Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹ 241 Bakı
şəhəri, 22 oktyabr 2012-ci il
"Azərbaycan
Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2012-ci il 29 may tarixli 371-IVQD nömrəli
Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 6 iyul tarixli 669 nömrəli Fərmanının 1.1.2-ci
yarımbəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA
ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2007-ci il 6 noyabr tarixli 171 nömrəli qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 11,
maddə 1173) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının ərazi sularında üzmə
Qaydaları"nın 1.22-ci bəndinin iyirmi ikinci
abzasından sonra aşağıdakı məzmunda iyirmi
üç-iyirmi altıncı abzaslar əlavə edilsin:
"Gəminin "Gəmi və Liman
vasitələrinin Mühafizəsi haqqında beynəlxalq Məcəllə"nin
tələblərinə uyğun olması haqqında Şəhadətnamə;
Gəminin "Əmniyyətli İdarəetmə
haqqında beynəlxalq Məcəllə"nin tələblərinə
uyğun olması haqqında Şəhadətnamə;
Gəmi tarixinin fasiləsiz qeydlər sənədi;
Bunker yanacağı ilə çirklənmə
nəticəsində vurulan zərərə görə
mülki məsuliyyətlə bağlı sığorta və
ya digər maliyyə təminatı haqqında Sertifikat;".
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2012.-
23 oktyabr.- S.1.