«Məqsədimiz məhz ondan ibarətdir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin»

 

 Cari ilin 9 ayında sənayenin qeyri-neft sektorunda məhsul istehsalı dinamik artıb

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul (ÜDM) istehsalı 1,1 faiz, yaxud müqayisəli qiymətlərlə 435,1 milyon manat artaraq 39,8 milyard manata çatıb. Əlavə dəyər istehsalı qeyri-neft sektorunda 10,3 faiz artıb, neft sektorunda isə 6,9 faiz azalıb.

Nazirlər Kabinetinin bu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev qeyri-neft sektorundakı irəliləyişdən bəhs edərək demişdir: "Məqsədimiz məhz ondan ibarətdir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin. Əlbəttə, qeyri-neft iqtisadiyyatının inkişafı imkan verəcəkdir ki, gələcəkdə Azərbaycan neft-qaz amilindən asılılığını böyük dərəcədə aşağı endirə bilsin.

Bütün bölgələrdə quruculuq-abadlıq işləri aparılır. Yeni sənaye müəssisələri yaradılır. Əminəm ki, qeyri-neft iqtisadiyyatımız ilin sonuna qədər yüksək səviyyədə qalacaq, eyni zamanda, bu, bizə imkan verəcəkdir ki, gələn il də iqtisadi sahədə şaxələndirmə siyasətimiz davam etdirilsin".

ÜDM-in 67,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 51,3 faizi sənayedə, 9,8 faizi inşaat kompleksində, 6,1 faizi kənd təsərrüfatında yaradılıb. Xidmət sahələrinin ÜDM-də xüsusi çəkisi 26,6, o cümlədən nəqliyyatın 4,7, ticarət və pullu xidmətlərin 8, rabitənin 1,7, sosial və digər xidmətlərin 12,2 faiz təşkil edib. ÜDM-in 6,2 faizi məhsula idxala xalis vergilərin payına düşüb. Orta hesabla əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 4340,2 manat (5522,6 ABŞ dolları) olub.

Ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 25,8 milyard manatlıq sənaye məhsulu istehsal edilib əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 96,5 faiz təşkil edib. Məhsulun 76,4 faizi mədənçıxarma bölməsində, 18,3 faizi emal bölməsində, 4,8 faizi elektrik enerjisi, qaz buxar istehsalı, bölüşdürülməsi təchizatı bölməsində, 0,5 faizi su təchizatı, tullantıların təmizlənməsi emalı bölməsində istehsal olunub. 2011-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 5,7 faiz azalıb, emal bölməsində 7,9, elektrik enerjisi, qaz buxar istehsalı, bölüşdürülməsi təchizatı bölməsində 8,8 su təchizatı, tullantıların təmizlənməsi emalı bölməsində 2,6 faiz artıb.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 7,7 faiz çoxalıb, neft sektorunda isə 5,6 faiz azalıb.

Mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 32,8 milyon ton, əmtəəlik qaz 12,8 milyard kubmetr, qızıl 1,1 ton, gümüş istehsalı 477 kiloqram təşkil edib.

İlin əvvəlindən inşaat kompleksində 9,9 milyard manat məbləğində investisiyadan istifadə edilib. İstifadə edilmiş vəsaitin 60,3 faizi ya 5,9 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. 2011-ci ilin yanvar-sentyabr aylarına nisbətən əsas kapitala yönəldilən investisiyanın həcmi 27,4 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə sərf edilən vəsaitin miqdarı isə 27,3 faiz artıb. Əsas kapitala yönəldilmiş vəsaitin 79,4 faizini daxili investisiyalar təşkil edərək 32,1 faiz çoxalıb. Vəsaitlərin 74 faizi qeyri-neft bölməsinin inkişafına sərf edilib 31,2 faiz çoxalıb.

Tikinti kompleksində aparılmış inşaat işləri nəticəsində bir çox istehsal sosial təyinatlı obyektlər istifadəyə verilib. Ümumi sahəsi 1,2 milyon kvadratmetr olan yaşayış evləri tikilib. Bakı şəhərində metal konstruksiyalar zavodu, idman-konsert kompleksi, Heydər Əliyev Mərkəzi, bir sıra hotellər, Azərbaycan Diplomatik Akademiyasının yeni tədris kompleksi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksi digər obyektlər istifadəyə verilib.

Bölgələrdə bir çox yeni istehsal müəssisələri sosial təyinatlı obyektlər işə salınıb. Bunlardan Naxçıvan şəhərindəki poliklinikanı, Sumqayıt şəhərindəki "Azgüntex" zavodunu, Astaradakı Olimpiya İdman Kompleksini, Qazaxdakı konserv zavodunu s. göstərmək olar.

Nəqliyyat müəssisələri avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-sentyabr aylarında 157,3 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 3,3 faiz çox yük, 1176,7 milyon nəfər ya 8,5 faiz çox sərnişin daşınıb.

Yanvar-sentyabr aylarında əhalinin gəlirləri əməkhaqqı sahəsində müsbət dəyişikliklər olub. Belə ki doqquz ayda əhalinin gəlirləri 13,6 faiz artıb. Bir nəfərə düşən gəlirlər 12 faiz çoxalaraq 2644,7 manat olub. Başqa sözlə, ayda orta hesabla 293,9 manata çatıb. Bu il martın 14-də ölkə Prezidenti İlham Əliyevin verdiyi fərmana uyğun olaraq keçmiş SSRİ əmanət bankının əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesi çərçivəsində indiyədək 819,8 min əmanətçiyə 349,1 milyon manat ödənilib.

Muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artıb 387,5 manata çatıb. Bu dövrdə sənayedə çalışanların orta aylıq əməkhaqqı 594, tikinti kompleksində 561,7, nəqliyyatda 492, informasiya rabitədə 618,7 manat təşkil edib.

Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının icrası ilə əlaqədar bu ilin doqquz ayı ərzində ölkədə 93,6 min yeni, o cümlədən 72,7 min daimi yeri açılıb.

Qeyd edək ki, Azərbaycanda açılan yeni yerlərinin əksəriyyəti bölgələrdədir. Bu isə o deməkdir ki, qeyri-neft sektoru daha da inkişaf edir ölkə iqtisadiyyatı getdikcə şaxələnir. Doqquz ayın yekunlarına həsr olunmuş iclasda ölkə Prezidenti İlham Əliyevin dediyi kimi: "Regionlarda işlər çox uğurla gedir. Regionlara səfərlərim mənə imkan verir ki, həm vəziyyətlə yaxından tanış olum, həm əlavə göstərişlər verilsin, əlavə vəsait ayrılsın. Bütün bölgələrdə canlanma, inkişaf, infrastruktur layihələrinin icrası, yeni yerlərinin açılması prosesi gedir".

 

 

Rüstəm KAMAL

 

Azərbaycan.-2012.- 23 oktyabr.- S.4.