Gecələri
çıraqban, gündüzləri al-əlvan
Mingəçevir ölkəmizin qədim
yaşayış məskənlərindəndir. Ərazidə
aparılan arxeoloji
tapıntılar nəticəsində təsdiq edilmişdir
ki, Mingəçevirin 4 min
ildən çox
yaşı var. Tarixi
İpək yolunun buradan
keçdiyi bir çox elmi mənbələrdə təsdiqini tapmışdır. Müasir Mingəçevirin
təməli isə ötən əsrin ortalarında qoyulmuş, o vaxtdan Kür
çayı üzərində su elektrik stansiyasının tikintisinə və yaşayış qəsəbəsinin
salınmasına başlanmışdır. 11 noyabr
1948-ci ildə isə bu qəsəbəyə şəhər statusu verilmişdir.
Ötən illər
ərzində sürətlə inkişaf
edən Mingəçevir indi ölkənin ən gözəl şəhərləri
sırasında yer alır. Boz dağa söykənən, ana
Kürün ayna
sularında güzgülənən bu
yaraşıqlı şəhər bütün zamanlarda
şairlərimizin tərənnüm obyektinə çevrilmişdir. Mingəçevir təkcə gözəlliyi ilə diqqət mərkəzində
yer almır. Bu gün respublikanın elektrik enerjisinə olan
ehtiyacının çox hissəsi məhz
bu şəhərin hesabına ödənilir.
Gerçək bir enerji
flaqmanı olan Mingəçevir ölkə
iqtisadiyyatının yüksəlişində əvəzedilməz rola malikdir. Ulu öndər Heydər Əliyev Mingəçevir
haqqında demişdir:
"Mingəçevirin tikilməsində,
qurulmasında, inkişaf etməsində
vaxtilə mən çox zəhmət çəkmişəm.
İndi mən buraya gəlib
bu hündür
binaları, gözəl
küçələri, gözəl
yaşıllıqları görəndə sevinirəm. Çünki 30 il bundan öncə mən Azərbaycana rəhbərliyə başlayarkən
biz Azərbaycanın hər yerində quruculuq işləri
aparırdıq. Ancaq Mingəçevir gənc
şəhər olduğuna görə,
energetiklər şəhəri olduğuna görə buraya
xüsusi fikir verirdik".
Heydər Əliyev
hələ o dövrdə böyük
uzaqgörənliklə Azərbaycanın enerji
asılılığından xilas
olması yolları üzərində düşünür,
müstəqilliyimizə hesablanan
arzularını əzmlə həyata keçirirdi.
Bütün Qafqazın enerji
nəhəngi olan
istilik-elektrik stansiyasının qonşu Gürcüstan, yaxud Ermənistana
deyil, Azərbaycana, daha
konkret desək, Mingəçevirə
salınması məhz ümummilli lider Heydər Əliyevin
tarixi xidmətlərindəndir...
Bütün dövrlərdə tikilməsinə,
qurulmasına böyük önəm verilən
Mingəçevirdə bu gün özgə büsat var. Bu yerin havası təmiz, suyu
saf olduğu qədər
də adamları səmimi, mehriban, işgüzar,
qayğıkeş və qədirbiləndir. Əhalinin həyat şəraitini daha da
yaxşılaşdırmaq üçün
şəhər rəhbərliyinin qəbul etdiyi hər qərar, həyata keçirdiyi hər tədbir böyük
razılıqla, hədsiz minnətdarlıqla qarşılanır. Son vaxtlar nur
şəhəri intibah dövrünü yaşayır. Müasir
dövrün tələblərinə uyğun olaraq energetiklər
şəhəri yüksək
zövqlə abadlaşdırılır,
genişmiqyaslı təmir-tikinti, quruculuq
işləri aparılır. Nur şəhərini
ikiyə bölən ana Kürün
sahillərində aparılan
abadlıq işləri daha çox diqqət
çəkir. Şəhər əhalisinin sevimli
istirahət yeri olan Sahil parkının yenidən qurulması artıq başa
çatmaq üzrədir. Parkın əvvəlki
quruluşunda adamları narahat edən bir çox problemlər aradan qaldırılmışdır. Uzun illərdən
bəri burada
fəaliyyət göstərən çoxsaylı ictimai iaşə obyektləri hər kəsdə narahatlıq yaradırdı.
Addımbaşı kabab manqallarından qalxan tüstü bütün sahil boyu yayılır, parka istirahətə gələnlərin
narazılığına səbəb olurdu.
Onillər boyu
davam edən bu
acınacaqlı vəziyyəti düzəltməyə isə
şəhər rəhbərliyi
məhəl qoymurdu. Yeni rəhbərlik isə əhalidən
gələn təkliflərə, müraciətlərə ciddi reaksiya verərək Sahil
parkının yenidən qurulmasına ilk
tədbirlər sırasında
başladı. Yöndəmsiz, primitiv
iaşə obyektləri sökülüb
götürüldü. Əlbəttə,
sahibkarların fəaliyyətini davam
etdirməsi üçün başqa münasib yerlərdə şərait
yaradıldı. Böyük bir həvəslə qurulan
park isə yeni görkəm alıb şəhərin
gözəlliyində göz oxşayan naxışa çevrildi.
Sahil parkında
yeni qurulan
işıqlandırma sistemi gecələr
bu yerlərə xüsusi
görkəm verir. Ayna sularda
sayrışan işıqlar elə təsir oyadır ki, sanki göylərin ətək-ətək ulduzları tökülüb
ana Kürün sinəsinə.
Yeni inşa edilən
fəvvarələr isti yay axşamlarının
bürküsündə ətrafa sərinlik yayır. Ərazisi
3 hektara yaxın olan parkda çox sayda
yaraşıqlı oturacaq qoyulub.
Yaşıllıqlar boyu uzanan səkilərə gözəl daşlar
düzülüb. Burada
diqqəti daha çox
çəkən cəhət odur ki, hər iş yüksək
zövqlə görülür.
Nur şəhərində aparılan
abadlıq, quruculuq işlərinin
miqyası kifayət qədər
böyükdür. Bayraq
meydanının inşasında işlər sürətlə
davam etdirilir. Şəhərin Xaldan tərəfdən
girişində salınan meydan üçün 1 hektara
yaxın ərazi
ayrılmışdır. Hündürlüyü
42 metrə çatacaq müstəqil
dövlətimizin rəmzi olan üçrəngli
bayrağımız şəhərin hər yerindən
aydın görünəcəkdir.
Şəhərdə
Heydər Əliyev Mərkəzi və "Gənclər evi"nin tikintisi
zərbəçi ahənglə
davam etdirilir. Heydər
Əliyev prospektində yeni
işıqlandırma sistemi qurulur. Burada yaşıllıq sahəsi genişləndirilir,
yeni ağaclar,
gül-çiçək
kolları əkilir. Şəhərdə turizmin inkişafı üçün
zəruri tədbirlər görülməkdədir. Kürün sağ sahilində
dördulduzlu hotelin
inşasında son tamamlama
işləri aparılır. Əlbəttə, müasir standartlara cavab verəcək
bu yaraşıqlı hotelin
fəaliyyətə başlaması
daha çox turist qəbul etməyə və onlara nümunəvi xidmətin təşkilinə
geniş imkanlar açacaqdır.
Mingəçevir
Şəhər İcra Hakimiyyətinin
başçısı Niyazi Bayramovun dedikləri:
- Hələ
görüləsi işlərimiz çoxdur.
Respublika Prezidenti İlham Əliyevin biz məmurlardan əsas tələbi,
tapşırıq və tövsiyələri ondan
ibarətdir ki, adamların firavan həyatını
təmin edək, hər vasitə ilə onların həyat
şəraitini yaxşılaşdırmağa nail olaq. Təbii ki, biz öz
fəaliyyətimizi bu aydın istiqamətdə qururuq.
Çalışırıq ki, qəbul etdiyimiz hər qərar, həyata keçirdiyimiz hər tədbir şəhər əhalisinin ürəyincə
olsun. Bunun üçün əhali ilə tez-tez görüşlər keçirir,
verilən hər təklifə, edilən hər müraciətə
qayğı ilə, həssaslıqla yanaşırıq. Noyabrın
11-də "Şəhər günü"
keçirməyə hazırlaşırıq.
Çalışacağıq ki, bu, əsl el şənliyinə çevrilsin.
Niyazi Bayramov söhbətində
yeni layihələrdən də söhbət
açdı. Dedi ki,
DRES qəsəbəsində yeni park salmağı qərara
almışıq. Bunun üçün
yer də artıq müəyyənləşib. "Dostluq parkı" isə tamamilə yenidən
qurulacaqdır. Zümrüd libaslı parklar,
xiyabanlar göz
oxşayır. Ürəkdə xoş duyğular oyanır. Könlümdən keçən bir
fikir isə istər-istəməz dilimdə
pıçıltıya çevrilir: bu gözəlliyi
yaradanlara min
alqış!
Lazım QULİYEV
Azərbaycan.-2012.- 23 oktyabr.-
S.5.