Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 19 mart tarixli 44 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı Qaydaları"nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 248 Bakı şəhəri, 22 oktyabr 2012-ci il

 

 "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 624 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 19 mart tarixli 44 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 3, maddə 201,

¹ 12, maddə 1079) ilə təsdiq edilmiş "Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4-cü hissədə "1-5-ci kateqoriya" sözləri "ali-2-ci kateqoriya" sözləri ilə, "6-cı və 7-ci kateqoriya" sözləri "3-5-ci kateqoriya" sözləri ilə əvəz edilsin;

1.2. 4-1-ci hissədə "3-7-ci kateqoriya" sözləri "2-5-ci kateqoriya" sözləri ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2012.- 24 oktyabr.- S.2.