Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2007-ci il 28 avqust tarixli 136
nömrəli qərarı ilə təsdiq edilmiş
"İnzibati orqanların Təsnifatı"nda dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹ 247 Bakı şəhəri, 22
oktyabr 2012-ci il
"Dövlət qulluğu
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli qanununun tətbiqi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il
8 may tarixli 624 nömrəli fərmanının 1.2-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 8,
maddə 861, ¹ 9, maddə 923, ¹ 10, maddə 1021, ¹ 12, maddə
1331; 2009, ¹ 1, maddələr 22, 32, ¹ 2, maddə 150, ¹ 4, maddələr
282, 293, ¹ 8, maddələr 674, 675, 680, ¹ 10, maddələr 846,
852, 856; 2010, ¹ 2, maddələr 146, 161, ¹ 11, maddə 1040; 2011,
¹ 1, maddə 54, ¹ 5, maddə 447, ¹ 9, maddə 855; 2012, ¹ 5, maddə
475, ¹ 8, maddə 817) ilə təsdiq edilmiş "İnzibati
orqanların Təsnifatı"nın III bölməsinin
3-cü hissəsində "Bakı Şəhər İcra
Hakimiyyətinin" sözləri "Bakı Şəhər
İcra Hakimiyyəti başçısının
Aparatının birbaşa tabeliyində olan" sözləri
ilə əvəz edilsin.
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2012.-
24 oktyabr.- S.2.