Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

 ¹ 246 Bakı şəhəri, 22 oktyabr 2012-ci il

 

 "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 624 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 12, maddə 1115; 2009, ¹ 2, maddə 153, ¹ 4, maddə 282,

¹ 7, maddə 605, ¹ 8, maddələr 674, 680,

¹ 10, maddələr 846, 852, 856; 2010, ¹ 1, maddə 60, ¹ 2, maddələr 146, 161, ¹ 10, maddələr 906, 912, ¹ 11, maddə 1040; 2011, ¹ 1, maddə 66, ¹ 5, maddə 446, ¹ 9, maddələr 856, 862; 2010, ¹ 1, maddə 60,

¹ 2, maddələr 146, 161, ¹ 10, maddələr 906, 912, ¹ 11, maddə 1040; 2011, ¹ 1, maddə 66, ¹ 5, maddə 446, ¹ 9, maddələr 856, 862; 2012, ¹ 5, maddə 479) ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"nda "Bakı Şəhər İcra Hakimiyyətinin Aparatı" sözləri "Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı" sözləri ilə və "Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan" sözləri "Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının birbaşa tabeliyində olan" sözləri ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2012.- 24 oktyabr.- S.2.