"Dövlət
büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda
çalışan işçilərin aylıq vəzifə
maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 26 yanvar tarixli 20 nömrəli qərarında
dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹ 245 Bakı şəhəri, 22
oktyabr 2012-ci il
"Ali təhsil
müəssisələrində yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli
fərmanının 5.5-ci bəndinə əsasən, Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Dövlət büdcəsindən
maliyyələşən bir sıra təşkilatlarda
çalışan işçilərin aylıq vəzifə
maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 26 yanvar tarixli 20 nömrəli qərarında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 1,
maddə 41, ¹ 3, maddə 267; Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 8 avqust tarixli 184 nömrəli qərarı)
aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissəsində "1-19" rəqəmləri
"1 və 3-19" rəqəmləri ilə, 2-ci hissəsində
"1-3-cü" rəqəmləri "1-ci, 3-cü" rəqəmləri
ilə əvəz edilsin;
1.2. həmin qərarla təsdiq
edilmiş 2 nömrəli əlavə - "Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası və Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin Diplomatik Akademiyası işçilərinin
aylıq vəzifə maaşlarının sxemi" ləğv
edilsin.
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2012.-
24 oktyabr.- S.2.