Qurban kəsin, Tanrıya yaxın olun!
Dünya müsəlmanları mübarək Qurban bayramını qeyd etməyə hazırlaşırlar. Bu bayramın islam
dünyasında xüsusi
yeri var. Müsəlmanlar
onu həmişə sonsuz sevinc hissi
ilə qarşılayırlar.
Qurbankəsmə mərasiminin tarixi
qədimlərə gedib
çıxır. Tarix boyu xalqlar bu
mərasimi müxtəlif
cür icra etmişlər. Hətta insanları
qurban kəsmək, odda yandırmaq, suya atmaq kimi
dəhşətli adətlər
olmuşdur. Hər üç
səmavi dində - iudaizm, xristianlıq və islamda bu və ya
digər formada qurbankəsmə ayini var. İslamın bərqərar
etdiyi Qurban bayramı isə bəşəriyyətin həyatında
tamamilə yeni səhifə açdı,
Allahın yaratdığı
ən kamil məxluqa - insana bir vaxtlar bəslənmiş
vəhşi münasibətə
son qoydu.
Qurban bayramı İbrahim
peyğəmbərin həyatında
baş vermiş bir əhvalat ilə əlaqədardır. Həmin əhvalat Qurani-şərifdə
əksini tapmışdır.
Müqəddəs kitabımıza görə,
İbrahim əleyhissəlam
yuxusunda görür ki, Allah ondan oğlu İsmayılı
qurban kəsməyi buyurur. İbrahim peyğəmbər gördüyü yuxudan çox kədərlənir,
əhvalı pozulur.
Bir ata kimi özü
də qoca vaxtında Yaradanın bəxş etdiyi övlad payını itirmək istəmir.
İbrahim peyğəmbər həmin yuxunu təkrar-təkrar görür
və axırda dərk edir ki, sevimli oğlunu
qurban kəsmək Allahın əmridir, Xaliqin buyruğu isə yerinə yetirilməlidir. İbrahim peyğəmbər
sevimli oğlunu qurban kəsmək istəyəndə isə
nə qədər cəhd etsə də, Allahın hökmü ilə bıçaq kəsmir.
Elə bu məqamda səmadan səs gəlir: "Ey İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu)
təsdiq etdin (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf
edərək oğlunun
yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı
iş görənləri
belə mükafatlandırırıq"
(Quran, Saffat, 104-105).
Uca Yaradan İsmayılı
qurban kəsməyi əmr etməklə peyğəmbərlik üçün
bəyənib seçdiyi
bəndəsini - İbrahim
əleyhissəlamı sınağa
çəkirdi və
onun bu sınaqdan
mətanətlə çıxdığını
görüb İsmayılın
əvəzinə qurban
kəsmək üçün
qoç göndərir. İbrahim peyğəmbər
qoçu qurban kəsib Allaha şükür edir...
Qurban bayramının əsasında
duran bu hadisənin böyük mənası var. Bir tərəfdən, Allah-təala
İbrahim peyğəmbərin
səmimiliyini, Tanrıya
sədaqətini və
qəlbən bağlılığını,
Onun buyruqlarına əməl etməyə hazır olduğunu sübut etdi. Digər tərəfdən, Allah-təala
İbrahim peyğəmbər
vasitəsilə öz
bəndələrinə bildirdi
ki, yalançı dinlərdə olduğu kimi, insanların qurban kəsilməsini istəmir. Allah qurban kəsmək üçün göydən
qoç göndərməklə
yalançı etiqadların
puçluğunu, yaratdığı
ən mükəmməl
məxluqun - insanın
hər şeydən uca olduğunu bəndələrinin nəzərinə
çatdırdı.
Eyni zamanda, belə bir məqamı vurğulamaq lazımdır
ki, qurban kəsmək Allaha xoş gələn əməllərdəndir. Müsəlman qurban kəsməklə
Yaradana sədaqətini
nümayiş etdirir.
Elə "qurban"
sözünün hərfi
mənası da ("yaxınlıq", yəni,
Allaha yaxınlıq, sədaqət) buna dəlalət edir. Qurani-kərimin Həcc surəsinin 36-37-ci ayələrində
deyilir: "Biz qurbanlıq
dəvələri də
Allahın nişanələrindən
(Onun haqq dininin əlamətlərindən)
etdik. Sizin üçün bu qurbanlarda (dini və dünyəvi)
xeyir vardır. Artıq onları ayaq üstə durduqları (sol əli bağlı, sağ əli və iki ayağı açıq vəziyyətdə
olduqları) halda kəsərkən üstlərində
Allahın adını
çəkin (bismillah
deyin). Onlar böyrü üstə
düşən (canları
çıxdığı) zaman (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından)
əl açmayana (lakin verilənə etiraz etməyənə) və dilənçiyə
də yedirdin. Onları (qurbanlıq heyvanları) sizə belə ram etdik ki, bəlkə, (nemətimizə) şükr
edəsiniz! Onların nə əti,
nə də qanı, əlbəttə,
Allaha çatmaz.
Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən
etdiyiniz ibadətdir).
Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi)
üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Məhəmməd!)
Ehsan edənlərə (cənnətlə)
müjdə ver!"
Başqa
sözlə, müsəlman
qurban kəsərək
Tanrıya yaxınlığını,
ona sədaqətini bir daha sübut
edir.
Qurban kəsmək müsəlman
üçün vacibdir. Amma qurbanı yalnız imkanlı şəxslər
kəsməlidirlər. İmkanlıların qurban kəsməməsi
məqbul olmadığı
kimi, imkansızların
da ailəsinin güzəranına ziyan vurmaqla, yaxud borc-xərc hesabına qurban kəsməsi məqbul deyil.
Müsəlman qurbanı qoyun və keçidən, dəvə və inəkdən kəsməlidir. Çöl heyvanlarından, eləcə
də quşlardan qurban kəsilməz.
Qurbanlıq heyvan sağlam,
qüsursuz və cavan olmalıdır.
Xəstə, arıq, çolaq,
gözü kor, buynuzu sınmış, dişləri tökülmüş,
qulağı, quyruğu
kəsilmiş heyvandan
qurbanlıq olmaz.
Qurban əti, adətən, üç yerə bölünür:
bir hissəni qurban kəsən özünə saxlayır,
bir hissəsini qohum-əqrəbaya və
dost-tanışa verir,
bir hissəsini də ehtiyacı olanlara paylayır. Müsəlman istəsə, qurban
ətinin hamısını
kasıblara paylaya bilər. Həm də imkan daxilində bir yox, bir neçə
qurban kəsib ehtiyacı olanlara paylamaq savabı artırar. Yeri gəlmişkən, peyğəmbərimiz
Məhəmməd salavatullah
Qurban bayramında çoxlu qurban kəsib kasıblara paylayarmış...
Qurbanlığın başqa bir gözəl xüsusiyyəti
də var. Belə ki burada dini
ayrı-seçkiliyə yol
verilmir. Yəni, başqa
dinə mənsub olan imkansız insan varlı müsəlmanın imkanlarından
bəhrələnib adi
günlərdə əli
çatmayan qurbanlıq
ətindən yeyə
bilər və bu onun haqqıdır.
Qurbanlığın məğzi də
elə ondan ibarətdir ki, insanlar Tanrıya xoş gələn belə bir əməli
icra edirlər.
Bu mübarək bayram dinimizin bir sıra fəzilətlərini
özündə əks
etdirir. İmkanlı müsəlmanın qurban kəsib imkansızların
ehtiyaclarını, qismən
də olsa, ödəməsi xeyirxahlığın
təzahürüdür. Allaha xoş gələn bu əməl Qurban bayramında özünü daha qabarıq şəkildə
büruzə verir.
Qurban ətinin paylanması insanların bir-birinə kömək etməsinin vacibliyinə dəlalət
edir.
Dinimizin təlqin etdiyi ədalət prinsipi də Qurban bayramında özünü
göstərir. Qurban ətinin
paylanması maddi sərvətlərin ədalətli
bölüşdürülməsi mənasına gəlir.
Qurban bayramı müsəlman
dünyasında əsl
təntənəyə çevrilir,
insanlara birlik, həmrəylik, şəfqət,
xeyirxahlıq duyğuları
aşılayır. Müsəlmanlar bir-birinə daha
yaxın, daha məhrəm, daha mehriban olurlar.
Uca Tanrı
kəsəcəyimiz qurbanları
qəbul eləsin! Gələn Qurban bayramını Qarabağda
qeyd edək, inşallah!
Allahverdi MEHDİYEV
Azərbaycan.-2012.-
25 oktyabr.- S.1.