Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İki yüz min nəfərə yaxın əhalinin yaşadığı Zabrat, Maştağa, Pirşağı, Kürdəxanı, Buzovna, Bilgəh qəsəbələrini Bakı şəhəri ilə birbaşa birləşdirən Zabrat - Maştağa - BuzovnaZabrat - Kürdəxanı - Pirşağı avtomobil yollarının I texniki dərəcəli standartlara uyğun yenidən qurulması üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 oktyabr 2012-ci il

 

Azərbaycan.-2012.- 23 oktyabr.- S. 1.