"Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının forması və tərtibi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 174 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

 ¹ 251 Bakı şəhəri, 23 oktyabr 2012-ci il

 

"İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 iyun tarixli 252 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr  tarixli 174 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 11, maddə 962; 2005, ¹ 12, maddə 1236; 2006,

¹ 8, maddə 731; 2009, ¹ 10, maddə 846) ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının forması və tərtibi Qaydası"nın əlavəsi - "Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış"a "Qeydiyyat tarixi" sətrindən sonra "İpoteka kağızının verilməsi" sətri əlavə edilsin.

 

 

 Artur RASi-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2012.- 25 oktyabr.- S.1.